Keçid linkləri

2016, 25 Sentyabr, bazar, Bakı vaxtı 02:35

►'Expressbank'ın sahibləri dəyişib?

Bankın iyulun 26-da açıqladığı yarımillik hesabat bu suala “hə” deməyə əsas verir

Mediada prezidentin qızlarına məxsus olduğu fikri hallanan «Expressbank» ASC-nin səhmdarları, çox güman, dəyişib. Bankın iyulun 26-da açıqladığı yarımillik hesabat bu nəticəyə gəlməyə əsas verir.

Bankın 4 səhmdarı var Hesabata görə, hazırda bankın, 2 hüquqi və 2 fiziki şəxs olmaqla, 4 səhmdarı var. Qurumun müstəqil auditdən («Ernst & Young Holdings (CIS) B.V.») keçən sonuncu hesabatında da qeyd olunur ki, səhmdarların sayı dörddür, amma...

Amma həmin sənəddə - 2014-cü ilin maliyyə hesabatında əksini tapan səhmdarların 4-ü də hüquqi şəxsdir.

«Expressbank» ASC indiki səhmdarların adlarını açıqlamır və bunu bunu “Kommersiya sirri” haqqında Azərbaycan Respublikası Qanununun 4.1.2.-ci maddəsinə əsasən, təsisçilər (səhmdarlar) və onların payları haqqında bilgilərin kommersiya sirri sayılmasıyla əsaslandırır.

Buna da bax: 'Azərbaycana kredit verən olmayacaq'- Moody’s-dən “0” proqnozu

"Məlumatı gizlədən bu məqamı unutmasın"

Hüquqşünas Əkrəm Həsənov AzadlıqRadiosuna deyir ki, bankın həmin məlumatı açıqlamamasına müəyyən mənada haqq qazandırmaq olar:

«Qanunvericilik sahiblərin adlarını açıqlamağa məcbur etmir. Amma bu zaman bir nüans ortaya çıxır: banka pulunu əmanət edən şəxs qəribə duruma düşür və pulunun məhz kimdə olduğunu bilmir».

Ə. Həsənov diqqəti bir fakta da yönəldir Maliyyə hesabatlarının beynəlxalq standartlarına görə, şirkətlər, o cümlədən banklar əsas səhm sahiblərinin, hətta onların arxasında dayanan şəxslərin də adını açıqlamağa borcludur. Bu baxımdan «Expressbank» ASC-nin davranışı aydın deyil.

Hakim ailəyə məxsus mənzillərin birində... Maliyyə hesabatına görə, ötən ilin əvvəlinə «Expressbank» ASC-nin səhmdarları «Ador» MMC (42 faiz), «Azenco Group» MMC (40 faiz), «Enerqoservis» MMC (17,69 faiz) və dövlətə məxsus «Avtonəqliyyatservis» MMC (0,31 faiz) olub.

«Ador» MMC həm də «Paşa Bank» ASC-nin 30 faiz səhminə sahibdir. Müstəqil jurnalist araşdırmaları müəyyənləşirib ki, bu şirkət Azərbaycanda hakim ailəyə

məxsus mənzillərdən birində (Bakı şəhəri, S. Vurğun küçəsi,7) qeydiyyatdan keçib.

Yarımillik maliyyə hesabatına görə...

İlk yarımildə «Expressbank» 25 milyon 300 min manat gəlir götürüb. Bank bu müddətdə 16 milyon 800 min manat xərcləyib. Ancaq qurum qazancının 8 milyon 475 min manatını gələcəkdə mümkün zərərlərin qarşılanmasına yönəltdiyindən, yarım ildə 4 milyon 359 min manat zərərə uğrayıb.

İyunun 30-na olan məlumata görə, «Expressbank» ASC-nin aktivləri 280 milyon manatı aşır. Bunun 221 milyon manatı müştərilərə verilən kreditlərdir. Bank səhmdarlarının kapitalı 137 milyon manatdan çoxdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG