Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:34

Britaniya qəzeti “milyarderin hökumətinə” Qərbin pul yardımından yazıb


Britaniyada çıxan “Express” qəzeti Londonu və Avropa İttifaqını “milyarderin rəhbərlik etdiyi və insan haqları üzərinə qəddar hücumlar edən Azərbaycan hökumətinə” milyonlarla funt sterlinq yardım etdiyinə görə tənqid edib.

Yeri gəlmişkən, özünün anti-Avropa sentimenti ilə tanınan qəzet yazır ki, Britaniya vergiödəyəninin 53 milyon funt sterlinqi “korrupsiyalı ölkəyə həm birbaşa Londondan, həm də Brüssel vasitəsilə verilib”.

Məqalədə qeyd edilir ki, Avropa İttifaqının Qonşuluq Tərəfdaşlığı layihəsi çərçivəsində Azərbaycana 1991-ci ildən indiyədək toplam 400 milyon avro yardım edilib və bunun 50 milyon funt sterlinqi Britaniya hökumətinin payına düşür.

Qəzet yazır ki, bu pullar Azərbaycanda sahibkarlığın inkişafına yardım etməklə adamların yaşayışını yaxşılaşdırmalıydı.

Müəllifin sözlərinə görə, Azərbaycana pul yardımlarının axını prezident Əliyev və ailəsi haqqında Panama sənədlərində ifşaedici faktlar üzə çıxandan sonra da dayanmayıb.

Gənc Əliyevin oxuduğu akademiyaya yardım

“Express” yazır ki, Azərbaycanın əksəriyyəti dövlətə məxsus universitetlərinə də yardım şəklində milyonlara avro vəsait verilib.

Məqalədə Avropa Komissiyasının sənədlərinə istinadən bildirilir ki, bu sahəyə ayrılan yardımın böyük bir hissəsi – 385 min avro 2015-ci ildə, prezidentin oğlu Heydərin də təhsil aldığı Azərbaycan Diplomatiya Akademiyasına verilib.

Elə ötən həftə Brüssel bəyan edib ki, Azərbaycanın ixrac gücünün artırılmasına dəstək üçün Bakıya daha 13, 5 milyon avro təqdim olunacaq.

“Express” yazır ki, yardım vəsaitinin bir xeyli hissəsi, korrupsiya iddialarına baxmayaraq birbaşa Azərbaycan hökumətinin və nazirliklərinin hesablarına köçürülüb.

Korrupsiya iddialarına baxmayaraq Azərbaycan hökumətinə Avropa İttifaqının pul yardımları dayanmayıb

Korrupsiya iddialarına baxmayaraq Azərbaycan hökumətinə Avropa İttifaqının pul yardımları dayanmayıb

Məsələn, 2010-2015-ci illər arasında kənd təsərrüfatı və enerji sahəsində layihələrin sponsorluğu məqsədilə Bakıya 62 milyon avrodan artıq vəsait təqdim olunub.

Britaniya 2014-cü ilədək davam edən inkişaf layihəsi üçün Azərbaycaa 8, 4 milyon funt sterlinq verib.

Məqalədə deyilir ki, Panama sənədlərinə görə prezident ailəsi hava şirkətlərindən tutumuş neft və qızıladək ölkə iqtisadiyyatının az qala bütün sahələrinə nəzarət edir.

Bu da xatırladılır ki, iddialara görə prezident övladları 91 milyon funt sterlinqlik daşınmaz əmlaka sahibdirlər.

Qəzet yazır ki, hakim ailənin nəhəng sərvətinə baxmayaraq azərbaycanlıların bir çoxu yoxsulluq içində yaşayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG