Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:49

►İş saatını uzadan bank həmin işçiyə maaş verməlidir. Təkcə valyuta dəyişməyə görə işçi saxlamaq banka sərf etmir."

“Formula-1 yarışlarına gələnlər valyutalarını harda dəyişəcəklər?” Bunu Şahin adlı “Facebook” istifadəçisi soruşur.

O, statusunda qeyd edir ki, adətən, turistlər kurs fərqinə görə, aeroportda xarici valyuta dəyişmir, ya da az məbləğdə dəyişir:

“Axı, o, əvvəldən nə alıb- almayacağını planlaşdıra bilmir. Məsələn, bir yaxşı xalça görür, istəyir onu ala, təzədən aeroportamı qayıtmalıdır?”

“Facebook” istifadəçisi yazır ki, iş saatlarından sonra, həftəsonları banklar, demək olar ki, işləmədiyindən xarici valyuta dəyişmək istəyənlər problemlə üzləşirlər.

Elə Novruz bayramında Azərbaycana gələn iranlı turistlər də belə bir çətinliklə üzləşmişdilər: əllərindəki dolları harda dəyişsinlər?

Bankların təklifi varmı?

Manatın devalvasiyasının qapısını bağladığı yerlərdən biri də valyutadəyişmə məntəqələri oldu. Ölkədəki bütün valyutadəyişmə məntəqələrinin lisenziyası geri alındı. Banklar bu strukturun yerinə nə təklif elədilər? “Formula-1” yarışması zamanı da turistlər, eyni zamanda iş saatlarından sonra və ya həftəsonları valyuta dəyişmək istəyən yerli sakinlərə hansı variantlar təklif edilir?

Birincisi, iş saatını uzadan bank həmin işçiyə maaş verməlidir. Təkcə valyuta dəyişməyə görə işçi saxlamaq banka sərf etmir. Həm də bankların da əməliyyatları azalıb.

Bakıda “Respublika Bank”ın 24 saat xidmət göstərən filialı var. Axşam saatlarında burda pul göndərmək, pul qəbul etmək və ya valyuta dəyişmək istəsən, saatlarla növbədə gözləməlisən. Bakı sakini Tünzalə Əliyeva xaricdə oxuyan oğluna pul göndərmək üçün burdadır: “Oğlum yazdı ki, “ana, mənə təcili pul göndər”. Saat 5-ə qalmışdı, hazırlaşıb banka getdim ki, dollar alım, artıq bağlanmışdı. Soraqlaşa-soraqlaşa gəlib bura çıxmışam. Saat 7-dir, məndən qabaq neçə adam var, gözləyirəm”.

Bəs öz iş saatlarını artıran, boşalmış valyutadəyişmə məntəqələrinin yerini tutan banklar varmı? “Formula 1” yarışması zamanı gözlənən turistlərə iş saatlarından sonra da xidmət göstərilməsi üçün banklar nə təklif edir?

Sorğumuzu cavablandıran “Access Bank” deyir ki, onlar iş saatlarını artırmağı nəzərdə tutmurlar: “Yalnız Gəncədə filialımız axşam saat 10-nun yarısına qədər çalışır”.

____________________________________________________________

Bunlara da bax:
Əliyevlər devalvasiyadan milyonlar qazandılar (Araşdırma)
A.Merkel: “Ümid edirəm, alman fondları yenə Azərbaycanda işləyəcək”

____________________________________________________________

“Həftə sonları da işləyəcəyik”

“Azər Türk Bank”dan isə deyirlər ki, onların 5 saylıBakı“ASAN xidmət” mərkəzindəki 1 saylı şöbəsi həftənin yeddi günü, həftə içi hər gün saat 10:00-dan 20:00-dək, şənbə və bazar günləri isə saat 10:00-dan 17:00-dək (nahar fasiləsi olmadan) müştərilərin xidmətindədir”.

Bank Formula 1 oyunlarına hazırlaşır. “Azər Türk”ünmətbuat xidmətindən AzadlıqRadiosuna deyirlər ki, yarışların düşdüyü şənbə və bazar günlərində bankın Bakı şəhərində yerləşən filialları müştərilərin xidmətində olacaq. Özü də müştərilərə təkcə valyutadəyişmə yox, digər bank xidmətləri də göstəriləcək.

“Əhalidə pul qurtarıb”

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov hesab edir ki, valyutadəyişmə məntəqələrinin bağlanması nə qədər məqsədəuyğun idisə, onların yerinə təklifin olmaması da başa düşüləndir:

“Birincisi, iş saatını uzadan bank həmin işçiyə maaş verməlidir. Təkcə valyuta dəyişməyə görə işçi saxlamaq banka sərf etmir. Həm də bankların da əməliyyatları azalıb. Kredit alan, əmanət qoyanların sayı azalır. İkincisi də, artıq valyutadəyişmədə rentabellik azalıb, çünki əhalidə o qədər dollar yoxdur ki, gətirib manata çevirsinlər və ya manatı verib dollar alsınlar”.

İqtisadçı Samir Əliyev isə deyir ki, valyutadəyişmə məntəqələri bağlanandan sonra onların yerini “qara bazar” tutub:

“Banklarla müqayisədə valyutadəyişmə məntəqələrində xarici valyuta daha əlverişli qiymətə alınıb satılırdı. İndi bu funksiyanı “qara bazar” daşıyır. Burda isə təbii ki, pula nəzarət olmayacaq. Ona görə də valyutadəyişmə məntəqələrini daha sağlam üsullarla bərpa etmək mümkündür”, o əlavə edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG