Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 21:05

Məmməd İbrahim: 'Atamın vəfatı ilə bağlı narahatlığımız oldu...' (Video)


«Atamın vəfatı ilə bağlı narahatlığımız oldu. Amma, qalan işlər normaldır».

Bunu atasının yas mərasimində iştirak etməkdən ötrü cəzaçəkmə müəssisəsindən bir günlük azadlığa buraxılan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müşaviri Məmməd İbrahim «Turan» İnformasiya Agentliyinə müsahibəsində bildirib.

Məmməd İbrahimin atası sentyabrın 3-də vəfat edib. Ona atasının dəfnindən üç gün sonra yas mərasimində iştiraka icazə verilib.

Məmməd İbrahimin atası sentyabrın 3-də vəfat edib. Ona atasının dəfnindən üç gün sonra yas mərasimində iştiraka icazə verilib. M. İbrahim Bakıda 16 saylı cəzaçəkmə müəssisəsində saxlanılır və hazırda Yevlax şəhərində (Bakıdan 295 kilometr qərbdə) yas mərasimində iştirak edir.

Buna da bax:​ Məmməd İbrahimi atasının yasına buraxdılar

M. İbrahim həbsinin ictimai-siyasi fəaliyyəti ilə əlaqəli olduğunu bildirib.

«Həbsim birbaşa sifarişdir. Heç bir başqa səbəbi yoxdur», deyən siyasətçi inanır ki, Azərbaycanda əvvəl-axır ədalət qalib gələcək.

«Əvvəl-axır Azərbaycanda demokratik dövlət qurulacaq. Bu qanunsuzluqların günahkarları bir gün cəzalarını alacaqlar», deyə M. İbrahim bildirib.

Məmməd İbrahim cəzaçəkmə müəssisəsində məhbuslara qarşı münasibətin normal olduğunu deyib.

Məmməd İbrahim: ‘Azərbaycanda əvvəl-axır ədalət qalib gələcək’

M. İbrahim AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayəti əsasında 2015-ci il sentyabrın 30-da həbs olunub. Mikayıl Quliyevə qarşı fiziki qüvvə tətbiqində ittiham olunan Məmməd İbrahimə Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb.

Buna da bax:​ Məmməd İbrahimin buraxılmasından ötrü müraciət olundu

Bir müddət sonra daha iki nəfər - Oruc Vəliyev və Məhəmməd Qurbanov da şikayət verərək bildiriblər ki, insident zamanı ayırmaq istəyərkən Məmməd İbrahim onlara qarşı da fiziki qüvvə tətbiq edib.

Bundan sonra M. İbrahimə qarşı ittiham ağırlaşdırılıb və Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsinə tövsif olunub. O, 3 il azadlıqdan məhrum edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG