Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:13

Evlənmə təklifini rədd etdiyi üçün üstünə turşu atdı


Olay Pakistanda nadir hadisə kimi qiymətləndirilir.

Olay Pakistanda nadir hadisə kimi qiymətləndirilir.

-

Pakistanda qadın onun evlənmək təklifini rədd edən kişiyə turşu maddəsi atıb. Olay Pakistanın mərkəzindəki Maxdumraşid şəhərində baş verib.

Hadisə ilə bağlı məlumatı polis yayıb.

Qadına qarşı zorakılığın yüksək olduğu bir ölkədə bu olay nadir hadisə kimi qiymətləndirilib.

Yerli polis rəhbəri Bashir Ahmed deyib ki, 32 yaşlı Monil Mai iyunun 16-da, hadisədən bir neçə saat sonra həbs olunub. Olay Monil Mai-nin evində baş verib, o, evində görüşdüyü sevgilisi Sadaqat Ali-yə turşu maddəsi atıb.

Bashir Ahmed deyib ki, Ali bir neçə ildir ki, Moni Mai ilə görüşür. O istəyib ki, Ali onunla evlənsin, əri ilə də buna görə boşanıb, - polis məmuru deyib.

Sadaqat Ali hazırda Multanda hospitaldadır.

QİSAS ALMAQ VASİTƏSİ...

Pakistanda yerləşən müstəqil İnsan Haqları Komissiyasının rəhbəri Zohra Yusuf bu olayı görünməmiş hadisə kimi qiymətləndirir: «Bir qadının bir kişiyə turşu atmaqda təqsirləndirilməsi nadir hadisədir». O hesab edir ki, hökumət turşu maddələrinin icazəsi olmayan şəxslərə satışını dayandırmalıdır: «Qadınlara və ya kişilərə qarşı belə hücumların qarşısını almaq üçün satışa nəzarət etmək lazımdır», - hüquq müdafiəçisi deyir.

Pakistan hökuməti kimyəvi maddələrin qanunsuz satışına nəzarət etdiyini bildirsə də, ölkədə onları asanlıqla əldə etmək mümkündür.

Əslində, Pakistan qadınlara qarşı zorakılığın baş verdiyi ən təhlükəli ölkələrdən biri sayılır.

Yerli İnsan Haqları Komissiyasının açıqlamasına görə, qadına zərər vermək məqsədilə edilən hücum vasitələri arasında turşu tullamaq üstünlük təşkil edir. Qurumun hesabatına görə, hər il 1000-dən çox qadın və qız «namus qurbanı» olur. Pakistanda qadınların 90 faizi məişət zorakılığı ilə üzləşir.

Hər il dünyada turşu maddəsi ilə hücumla bağlı 1500 hadisə qeydə alınır, - «Acid Survivors Trust International» təşkilatı açıqlayıb. Qurumun icraçı direktoru Jaf Shah deyir ki, qurbanların çoxu qisasdan ehtiyatlanaraq hadisə ilə bağlı polisə məlumat verməkdən qorxur. «Buna görə də, bu cinayətin qlobal xarakter alıb-almadığını müəyyənləşdirmək çətindir», -Shah deyib.

QİSAS ALMADI, BAĞIŞLADI

Plastik cərrah Mohammad Jawad deyir ki, bu cinayəti törədənlərin məqsədi qarşısındakı adamın görkəminə xələl gətirməkdir.

2004-cü ildə evlənmək təklifini rədd etdiyi üçün tələbə yoldaşının hücumuna məruz qalan 24 yaşlı iranlı Ameneh Bahrami nəticədə görmə qabiliyyətini itirmişdi. İspaniyada müalicədən sonra ölkəsinə qayıdan Ameneh Bahrami məhkəmə davası açmış, onun üzünə turşu atmış tələbə yoldaşını cəzalandırmaq hüququ qazanmışdı. İslam şəriəti ona qisas almaq, eyni vasitə ilə oğlanı kor etmək imkanını vermişdi, ancaq beynəlxalq təzyiqlər onu sonda bu fikrindən daşındırmışdı. Ameneh Bahrami 2011-ci ildə oğlanı bağışlamışdı.

«Acid Survivors Trust International» təşkilatının rəhbəri Jaf Shah-ın sözlərinə görə, Pakistanda hər il 250-300 belə hadisə qeydə alınır.

XS
SM
MD
LG