Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:35

«Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallı polisə çağırılıb.

Bunu AzadlıqRadiosuna Əvəz Zeynallı özü bildirib.

«Bu gün məni saat 15:00 üçün Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinə çağırdılar, səbəbini izah etmədilər, dedilər ki, gəl, söhbətimiz var. Mən də məişət işlərimlə bağlı ancaq saat 4-də gedə biləcəyəm», - deyə jurnalist bildirib.

Əvəz Zeynallının polisə çağrılma səbəblərini Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsindən öyrənmək cəhdləri alınmayıb.

Əvəz Zeynallı 2013-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, 2015-cil dekabrın 29-da dövlət başçısı İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG