Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:43

►Bu azmış kimi, onun hazırladığı nömrədə iki canlı canavarın da olması nəzərdə tutulub

“Eurovision-2016”nın Belarusdan olan təmsilçisi İVAN (Аleksandr İvanov) səhnəyə lüt çıxmaq istəyir.

LifeNews-un martın 21-də yaydığı xəbərə görə, onun hazırladığı nömrədə iki canlı canavarın da olacağı nəzərdə tutulub.

İVAN-ın prodüseri və orda oxuyacağı mahnının (Help You Fly) müəllifi Viktor Drobış səhnəyə bu cür çıxmaq üçün “Eurovision”un isveç təşkilatçılarından xüsusi icazə almaq məqsədilə danışıqlar aparıldığını bildirib.

Prodüser səhnədə canavarların varlığında dərin bir məna gördüklərini də açıqlayıb:

«Hər bir insan özünü totem saydığı bir canlıyla eyniləşdirir. Hərdən o canlını öldürürük içimizdə. Di gəl, heç də hamı onunla üz-üzə gələ bilmir. İstədiyimiz odur ki, insanla təbiət arasındakı bu incə sərhədi hər kəs duya bilsin».

“Eurovision-2016” bu ilin mayında İsveçin paytaxtı Stokholmda olacaq.

Bu, 1956-cı ildən bəri keçirilən mahnı müsabiqəsinin 61-ci mövsümüdür.

Azərbaycanı builki müsabiqədə «Miracle» mahnısı ilə Səmra Rəhimli təmsil edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG