Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:13

'Eurovision'un keçiriləcəyi şəhər açıqlandı


Ötənilki müsabiqənin qalibi Camala

Ötənilki müsabiqənin qalibi Camala

-

"Eurovision" mahnı müsabiqəsinin gələn il Ukraynada keçiriləcəyini hamı bilir, amma sentyabrın 9-da yarışmanın konkret olaraq hansı şəhərdə baş tutacağı açıqlanıb.

Ukrayna höküməti demək olar ki, yekdillklə üstünlüyü paxtaxta verib.

2017-ci ildə yarışma Kiyevdə keçiriləcək. Bu haqda Ukrayna Milli Televiziya şirkətinin direktoru Zurab Alasaniya xəbər verib. Kiyevin seçilməsi üçün 19 nəfər, Odessa üçün 2 nəfər səs verib. 1 nəfər isə bitərəf qalıb.

Yarışmanın, Dnepr çayının sol sahilində yerləşən Beynəlxalq Sərgi Mərkəzində keçiriləcəyi bildirilir. Sözügedən mərkəzin böyük miqyaslı yenidənqurma işlərinə ehtiyacı var.

"Bütün səs və texniki avadanlıqlar təkmilləşdirilməlidir. Oranın 12-14 minə qədər tamaşaçı tutumu olmalıdır. Bütün ətrafın - landşaft dizaynının, çayın sol sahilindən sağ sahilinə tramvaylarla daşınmanın və sairin təkmilləşdirməyə ehtiyacı var", - Ukraynanın Mədəniyyət naziri Yevgeniy Nişuk qeyd edib.

Bu il müsabiqənin qalibi Ukraynanın Krım bölgəsindən olan müğənni Camala olub.

Amma son aylar söz-söhbət gəzirdi ki, Ukraynanın müsabiqəni keçirməyə maddi imkanı çatmaya bilər və bu halda yarışma Rusiyada baş tuta bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG