Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:30

-

Azərbaycan Ordusunun son döyüşlərdə həlak olmuş, Ermənistan tərəfdən təhvil alınmış hərbçilərinin meyitlərinin üzərində işgəncə əlamətləri aşkarlanıb.

Bu haqda Azərbaycanın ATƏT yanındakı Daimi Nümayəndəliyinin qurumun Daimi Şurasının 1096 saylı iclasındakı bəyanatında deyilir.

APA-nın xəbərinə görə, bəyanatda qeyd edilib ki, Azərbaycan Hərbi Prokurorluğu və məhkəmə-tibbi ekspertizası geri alınan hərbçi meyitlərinin üzərində qeyri-insani rəftarla bağlı çoxsaylı faktlar aşkarlayıblar.

«Bu fakt və törədilmiş cinayətlər barədə informasiyaya əsaslanaraq Cinayət Məcəlləsinin müvafiq maddələri ilə araşdırmalara başlanılıb», - deyə bəyanatda vurğulanır.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi də bir neçə gün öncə açıqlama vermişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG