Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:06

►"19 yaşı vardı. 11 ay idi ki, Beyləqanda xidmət edirdi. Onun belə faciəli ölümünü bağışlamayacam. Övladımın qatillərinin cəzalandırılmasını tələb edirəm”.

Bunu hərbi xidmət zamanı suda boğulduğu deyilən əsgər Pərviz Paşayevin atası Paşa Paşayev söyləyir.

“XƏSARƏT İZLƏRİ VARDI”

Bu il iyulun 20-da ailə bəd xəbər alıb – Pərviz su kanalında boğulub... Ancaq ailəsi elə ilk gündən onun qəsdən öldürüldüyünü iddia edir:

“Pərvizi boğub öldürəndən sonra kanala atıblar. Biz meyiti gördük. Bədənində xəsarət izləri vardı. Əsas da boğazında, əllərində, dizlərində... Bunu müstəntiq də təsdiqlədi. Döş qəfəsində qan laxtaları, boğazında boğulma izləri aydın görünürdü. Bu işin ört-basdır olunmasını, kimdənsə pul alıb, başqasının tifilini həbsə göndərmələrini istəmirəm. İşin dərindən araşdırılmasını və gənc övladımın faciəsinə səbəbkar olanların cəzalandırılmasını tələb edirəm”.

Paşa Paşayevin sözlərinə görə, Pərviz ölümündən əvvəl bir neçə gün imiş ki, ailəsindən davamlı şəkildə pul göndərmələrini xahiş edirmiş:

Youtube Kanalımıza abunə ol - yeni videoları izlə

“KOMANDİR HARA BAXIR?”

“Mənə deyilənə görə, ölümündən 1 həftə əvvəl başqa əsgərlərlə mübahisəsi düşüb. Deyilənə görə, hərbi hissədə qruplaşma, ayrıseçkilik hökm sürür. Bu qrup başqa qrupla savaşır və sairə... Bəs komandir hara baxır?”

Ata övladının su kanalında boğulmasına həm də onun yüksək üzgüçülük qabiliyyəti olduğuna görə inanmır:

“Əsgəri öldürüb günahı öz boynuna yıxmaq vicdansızlıqdır. Pərvizin gözəl üzmək qabiliyyəti vardı. Çimərliyə yaxın ərazidə yaşayırıq, bekar vaxtlarını Pərvizi orada tapardın. Pərviz suda batanı xilas edirdi, özü necə boğula bilərdi?”

Buna da bax: «...Əsgərlərin kürəyində ayaqqabı ilə gəzməmişəm»

GİZİR HƏBS OLUNUB

Avqustun ortasında Hərbi Prokurorluq əsgər atasının ittihamlarına cavab olaraq ölüm hadisəsi ilə bağlı açıqlama yayıb.

Açıqlamada qeyd olunur ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət edən Pərviz Paşayevin 2016-cı il iyulun 30-da Mil-Muğan su kanalına düşərək boğulub ölməsi ilə bağlı Füzuli hərbi prokurorluğu tərəfindən araşdırma aparılıb.

Müəyyən edilib ki, həmin gün əsgər xidmət etdiyi bölmənin digər əsgərləri ilə birlikdə su kanalının üzərindəki boruların üstü ilə kanalın digər sahilinə keçərkən suya düşüb, boğularaq ölüb.

Əsgərlər bunu üzərlərində böyük təyin olunmuş gizir Ramin Bayramovun göztərişi ilə ediblər. İyulun 31-də Füzuli hərbi prokurorluğu tərəfindən cinayət işi başlanıb. Hadisə yerinə baxış keçirilib, Pərviz Paşayevin meyitinin xarici və daxili müayinələri aparılıb, şahidlər dindirilib. Məhkəmə-tibb ekspertinin gəldiyi ilkin qənaətə görə, əsgərin ölümünə suda boğulması səbəb olub.

Hadisədən 3 gün sonra gizir Ramin Bayramov Cinayət Məcəlləsinin 342.2 (rəisin öz xidməti borcuna səhlənkar yanaşması ağır nəticələrə səbəb olduqda) maddəsi ilə məsuliyyətə cəlb olunaraq həbs edilib. İstintaq davam edir.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG