Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:00

'Əsa' ilk addımını atdı


«Bum» tamaşası
«Bum» tamaşası

Tamaşanın başlanmasına hələ var. Məşq eləyir, arada səhnədən aralanıb çatışmayanlara göz qoyur, dəhlizə, qapıya çıxıb tamaşaya gələn əngəlli izləyicilərin küçədə üzləşdikləri maneələri aradan qaldırmağa çalışır...hələ dolmamış zala həyəcanla baxırlar. Əlillərin iki ay öncə yaranmış «Əsa» Teatrı noyabrın 20-si axşamı bu havadaydı.

«ÖZÜMÜZÜ AZADLIQ MÜHİTİNDƏ İFADƏ EDƏCƏYİK»

Orxan Adıgözəl: 'Olum, yoxsa, ölüm? Hansı daha şərəflidir? Susub dözməkmi, yoxsa üsyan etmək?'
Gözlə

No media source currently available

0:00 0:00:24 0:00
Direct-ə keçid

Teatrın aktyorlarından yazar Orxan Adıgözəl rolunu təkrar-təkrar pıçıldayır. O, tamaşada öz psixiatrını öldürüb qaçmış insanı canlandıracaq. Bir az da həyəcanlı görünür. Asan deyil, bu dəfə oxucularının qarşısına aktyor kimi çıxacaq: «Azərbaycanda ilk dəfədir ki, əlilliyi olan insanlarla əlilliyi olmayanlar birgə iş görür. Hisslərə köklənmişik. Həm də burda bizə azad mühit yaradılıb. Azadlıq mühitində özümüzü ifadə edəcəyik deyə, çox yaxşıyıq. Heç bir sıxma-boğma yoxdur. Ona görə tamaşamıza pozitiv hisslərlə hazırlaşırıq».

Buna da bax: ƏSA teatrı "Dumb" tamaşası ilə işə başlayacaq

REJİSSOR: «PSIXOLOJİ TAMAŞAMALARA ÜSTÜNLÜK VERƏCƏYİK»

Nihad Qulamzadə: 'Qəhrəmanım homoseksualdır, bunu heç kimə deyə bilmirdim. Bilirsiz niyə?..'
Gözlə

No media source currently available

0:00 0:00:40 0:00
Direct-ə keçid

«Əsa» Teatrının «Bum» tamaşasında dörd aktyor psixoloji sarsıntılardan əziyyət çəkən dörd fərqli insanı canlandırır. Ssenari müəllifləri də özləridir. Belə bir teatrı yaratmaq ideyası Nihad Qulamzadədən gəlib. N.Qulamzadə «Əsa»nın təsisçisi və bədii rəhbərdir. Daha öncə başqa teatrlarda oynayıb. Ancaq «Bum» onun ilk rejissor işidir: «Tamaşanın ideya müəllifi mənəm. Lakin ümumi quruluşunun müəllifi aktyorlar özləridir. İlk tamaşanı psixodram janrında qurmuşuq. Bu teatrda psixoloji tamaşalara üstünlük verəcəyik.

Buna da bax: Rasim Qaraca: 'Guya bizdə də teatr var, guya biz də mədəni ölkəyik'

Çünki aktyorlarımızın psixoloji düşüncələri mənə həmişə maraqlı olub. İlk tamaşanı quranda da gördüm ki, həqiqətən maraqlıdır və bu davam edəcək».

Teatrın direktoru və aktyoru Murad Məmmədov
Teatrın direktoru və aktyoru Murad Məmmədov

Teatrın binası yoxdur. Xəzər Universiteti ilk tamaşanı göstərməyə onlara yer verib. Son iki gündəki məşqləri də bu səhnədə ediblər. Hələ sonrakı tamaşaları harada oynayacaqlarını bilmirlər.

NİYƏ «ƏSA»?

Teatrın direktoru və aktyoru Murad Məmmədov deyir ki, kollektiv 12 nəfərdən ibarət olsa da, yeni qoşulanları gözləyirlər. Teatrın «Əsa» adlandırılması əsanın əngəlli şəxslərə dəstək olmasıyla bağlıdır: «Əsadan yerimə məhdudiyyəti olanlar yararlanır. Teatrımız da ilk öncə əlilliyi olan insanları cəlb etməyi məqsəd qoyduğundan belə bir ad seçib.

Murad Məmmədov: 'Teatrın «Əsa» adlandırılması əsanın əngəlli şəxslərə dəstək olmasıyla bağlıdır'
Gözlə

No media source currently available

0:00 0:00:38 0:00
Direct-ə keçid

Heç kəsdən asılı deyilik. Tamamilə öz ideyalarımızı irəli sürürük. 12 nəfərlik komandamız var. Könüllülərimiz də var. Yarandığımız gündən bildirmişik ki, hər bir müraciətə açığıq. Yaradıcılıqla məşğul olmaq istəyən hər kəs, özəlliklə də əlilliyi olan şəxslərə qapımız hər zaman açıqdır. İstər aktyor, istər rejissor, ya da digər yaradıcı şəxslərə bizim teatrda həmişə yer var».

Orxan Adıgözəlin ifasında ruhi pozuntuları olan şəxs.
Orxan Adıgözəlin ifasında ruhi pozuntuları olan şəxs.

«DÖRDTƏRƏFLİ, ÇƏRÇİVƏLİ, MƏHRUMİYYƏTLƏRLƏ, MƏHDUDİYYƏTLƏRLƏ DOLU»

Tamaşa Orxan Adıgözəlin ifasında ruhi pozuntuları olan şəxsin «Ölüm, ya ölüm» sualı ilə başlayır. Sonrasa sual sual dalınca gəlir: «Olum, yoxsa, ölüm? Hansı daha şərəflidir? Susub dözməkmi, yoxsa üsyan etmək?».

Orxanın yaratdığı, ağıllı ola-ola dəlixanaya düşən obraz sonda psixiatrı öldürüb qaçır. Öz dəlixanası haqqındasa bunlar deyir: «Dördtərəfli, çərçivəli, məhrumiyyətlərlə, məhdudiyyətlərlə dolu xana rejimi»...

Buna da bax: Dərbənddə bir Azərbaycan teatrı, o necə qorunur?

Tamaşadakı digər obrazlar da ruhi sarsıntı içindədir. Murad Məmmədovun rəssam obrazı yuxusuna girib onu narahat edən çılpaq uşağı axtarır. Axırda həmin uşağı tapıb onun lüt şəklini çəkir. Polislər onu pedofil kimi həbs edir: «Əlimi-qolumu bağlayıb həbsə atdılar. Polislər evimə baxış keçirəndə anladılar ki, mən pedofil deyiləm, şizofrenikəm».

Rəssam soyunaraq başqalarını da özlərindən utanmamağa çağırır: «Öz bədəninizdən çəkinməyin, utanmayın, o hansı forma da olursa, olsun, utanmayın».

Kollektiv hələlik 12 nəfərdən ibarətdir.
Kollektiv hələlik 12 nəfərdən ibarətdir.

«HEÇ KİMƏ DEYƏ BİLMİRDİM»

Ya da Elvin Mirzəyevin nisgilli uşaqlıq xatirələri: «Uşaqlar bizim əksimizdir, biz neyləsək, onlar təkrar edirlər. Biz savaşsaq, onlar da savaşır, vəhşi olurlar. Biz sevsək, onlar da sevir».

Elvinin obrazı uşaq ikən yatmağa qorxur, valideynləriylə yatmaq istəyir. Ata-anasının otağına yaxınlaşanda onlar mübahisə edirmiş: «Nəsə üstündə mübahisə edirdilər. Atamın sözü heç vaxt yadımdan çıxmaz. İt oğlu anama deyirdi ki, gəl onu 1000 dollara sataq, onun problemi var. Heç onda dollar da qalxmamışdı».

'Uşaqlar bizim əksimizdir, biz neyləsək, onlar təkrar edirlər. Biz savaşsaq, onlar da savaşır, vəhşi olurlar'
Gözlə

No media source currently available

0:00 0:00:18 0:00
Direct-ə keçid

Nihad Qulamzadənin qəhrəmanısa homoseksualdır, bu haqda kiməsə danışmaq istəyir, ancaq bunu edə bilmir: «Heç kimə deyə bilmirdim. Bilirsiz niyə? Necə deyəsən? Bizdə, bizim ölkədə bunu necə deyəsən? Ya daşqalaq eləyərlər, ya söyüb-batırarlar, cəmiyyətdən təcrid eləyərlər».

Buna da bax: 'Baş qaldıran kişi obrazımız Fuad Poladov, qadın obrazımız Səriyyə'

Tamaşa izləyicini sonadək gərginlik içində saxlayırdı. Yəqin, elə bu gərginliyi azaltmaqdan ötrü aktyorlar ara-sıra səhnədə qəfildən roldan çıxıb tamaşaçılarla dialoqa girirdi.

Və son. Teatrın yaradıcı heyəti tamaşadan öncə nigaran qaldığı zalın qarşısındaydı. Zal doluydu, hamı ayaq üstə alqışlayırdı.

Tamaşaçılar
Tamaşaçılar

TEATRŞÜNAS: «TAMAŞAÇININ RUHUNA TOXUNA BİLDİLƏR»

Teatrşünas Aliyə Dadaşova deyir ki, hər şeydən öncə «Əsa» ilkə imza atıb. Həm də az imkanlarla tamaşa yaradıb: «Bu insanlar yığışıb əllərində nə varsa, onunla belə bir teatr, tamaşa ərsəyə gətiriblər. İlk tamaşa kimi çox yaxşı təsir bağışladı. Peşəkarlıq vacibdir. Ancaq əsas, gərək, insanların ruhuna toxuna biləsən. Bu tamaşada o vardı, tamaşaçıların ruhuna toxuna bildilər. Tamaşa insanların öz psixoloji, fiziki problemindən utanmamağı da göstərirdi».

Aliyə Dadaşova: 'Əsas, gərək, insanların ruhuna toxuna biləsən. Bu tamaşada o vardı, tamaşaçıların ruhuna toxuna bildilər'
Gözlə

No media source currently available

0:00 0:00:29 0:00
Direct-ə keçid

İzləyicilər da artıq «Əsa»nın yeni tamaşalarını gözləyəcəklərini deyirdilər:- Bizdə də artıq belə bir teatrın yaranmasına çox sevinirəm. Artıq «Əsa»nın tamaşalarını gözləyəcəyəm.- Hər bir səhnə yaxşıydı. Qaldırdıqları problemlər mənə çox yaxın gəldi. Hisslərə toxundular.

- Bu teatr yeniliyə doğru bir addımdır. Əvvəlcə elə bildim ki, ssenarini bir adam yazıb. Sonradan bildim ki, hər parçanın öz müəllifi var.

Buna da bax: 'Azdrama' hələ də Fuad Poladovun getməsini təsdiqləmir

- Tamaşada yadımda həyəcan, bir az da qorxu qaldı. Elə bir insanın ruhunu oynadırdı. Emosiyalar qaynayırdı. Yeni tamaşalar olan kimi, birinci mən gələcəyəm.

Tamaşaçılar: 'Hər bir səhnə yaxşıydı. Qaldırdıqları problemlər mənə çox yaxın gəldi'
Gözlə

No media source currently available

0:00 0:00:42 0:00

... Yaradıcı heyətdə həyəcandan başqa indi bir sevinc və inam da vardı. Axı, artıq yeni tamaşa barədə düşünmək olar...

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG