Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:23

►Ötən il Azərbaycan əhalisinin xərclədiyi vəsaitin 50 faizi qida məhsullarına, içki və tütün məmulatına sərf olunub.

İstehlakçılar ilboyu ərzaq və qeyri ərzaq-məhsullarına eyni həcmdə pul xərcləyiblər. Qidaya, içki və tütün məmulatına adambaşı, orta hesabla, ayda 112 manat 50 qəpik, qeyri-ərzaq mallarına 112 manat 40 qəpik xərclənib.

Razılaşdırılmış qaydaya görə, azuqənin əhalinin xərclərində əsas yer tutması yoxsulluq göstəricisi sayılır. Bu baxımdan Azərbaycanda, demək olar, həmişə ərzağa xərclənən vəsait daha çox olub.

ABŞ Kənd Təsərrüfatı Departamentinin (USDA) dünya ölkələrində əhalinin ərzağa nə qədər pul xərclədiyini əks etdirən hesabatında (2014-cü ilin xərcləri ) da Azərbaycan həmin göstərici üzrə dünyanın ən geridə olan ölkələri arasında yer almışdı.

Qalib Toğrul

Qalib Toğrul

“Ərzaq xərcləri yüksəldikcə...”

İqtisadiyyat eksperti Qalib Toğrul da bu fikirdədir ki, Azərbaycanda əhalinin ərzağa məsrəfləri yoxsullaq göstəricisi ilə düz mütənasibdir:

“Ərzaq xərclərinin ümumi istehlak xərclərində yüksəlməsi ölkədə yoxsulluq səviyyəsinin də yüksək olduğunu göstərir. Məsələn, ABŞ-da ailə büdcəsində ərzaq xərclərinin payı 8-10%, Böyük Britaniyada 11-15%-lə ölçülür. Burada digər və diqqətdən qaçırılmamalı incəlik odur ki, irəliləmiş olkələrdə qidalanmağa kalorili, keyfiyyətli və deməli, daha baha ərzağı seçilir. Təbii ki, bu zaman ərzağa xərclənən məbləğ də yüksək olur. Ancaq həmin ölkələrdə əhalinin gəliri yüksək olduğundan ərzağ xərclərinin payı hətta bu halda da çox olmur. Bizim kimi kasıb ölkələrdə isə əhalinin əksəriyyəti daha az kalorili və keyfiyyətsiz, nəticə etibarilə ucuz ərzaqla qidalanmağa üstünlük verir və... Və hətta bu halda da ərzaq xərləri büdcəmizin yarıdan çoxunu zəbt edir”.

____________________________________________________________

Bunlara da bax:

_____________________________________________________________

“Daha doğrusu, nəticə yoxdur, çünki...”

Ekspert əhalinin ərzaq xərclərinin yüksəkliyinin inflyasiyadan və böhran dövründəki neqativ proseslərdən – işsizlik və gəlirin azalmasından, alıcılıq qabiliyyətinin aşağı düşməsindən, işi itirməklə bağlı daimi psixoloji gərginlikdən və s.-dən qaynaqlandığını düşünür:

“Əhali sabaha arxayın olmadığı üçün yalnız ən vacib olanları almağa üstünlük verir, amma bu da ərzaq xərclərinin artmasını əngəlləmir. Azgəlirli ölkələrdə insanlar, adətən, inkişaf etmiş ölkələrdən fərqli olaraq, böhrana, son nəticədə gəlirin azalmasına daha həssas reaksiya verirlər. Son 3 ildə bizdə yoxsulluğun səviyyəsi 5% göstərilsə də (rəsmi rəqəmdir – red.), yoxsulluqla bağlı təkcə ünvanlı sosial yardımlara təxminən 1 milyard 500 milyon manat xərclənib. Ancaq nəticə göz önündədir. Daha doğrusu, nəticə yoxdur, çünki vəsaitlərin böyük hissəsi təyinatı üzrə xərclənməyib və mənimsənib”.

Q.Toğrul gəlir və xərclərin hesablanmasında obyektivliyin qorunduğuna da əmin olmadığını bildirir:

“Bizdə, nə sirri-xudadırsa, bir qayda olaraq, əhalinin rifahı haqqında göstəricilər birmənalı şəkildə artan dinamika nümayiş etdirir. İşsizlik, yoxsulluq, inflyasiya kimi bəzi “arzuolunmaz” göstəricilərsə vaxtaşırı azaldılır”.

Buna da bax...

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG