Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:43

Dövlət azuqə ehtiyaclarını açıqladı


Ərzaq zənbili
Ərzaq zənbili

Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların (güc strukturları, uşaq bağçaları, internat məktəbləri, xəstəxanalar və s.) gələn il 170 çeşid bitki və heyvan mənşəli azuqə alacağı açıqlanıb.

Bu ehtiyaclar «Ərzaq məhsullarının tədarükü və təchizatı» ASC-nin «Satın alan təşkilatların ərzaq məhsullarına tələbatı» elektron portalında yerləşdirilib. Satın alınacaq malların həcmi və ölçü vahidi üzrə qiyməti indidən məlumdur.

Buna da bax:​ Ərzağa aid yeni qurum yaradıldı

Yerli mallara üstünlük veriləcək

Satınalma prosedurlarına dekabrın 20-də başlanacağını bildirən səhmdar cəmiyyətinin nümayəndəsi AzadlıqRadiosuna yerli istehsalçıların məhsullarına üstünlük veriləcəyini söyləyib. Qiymət təklifləri açıqlanan ən yuxarı qiymətdən yüksək olmazsa, eləcə də keyfiyyət göstəriciləri təmin edərsə, ən sonda xaricdən gətirilməsi nəzərdə tutulan mallar dəyərləndiriləcək.

Fermer və başqa istehsalçı malını bazar qiymətinə satacaq

Gələn il ərzaq məhsullarına tələbatı satın alan təşkilatların sifarişləri əsasında Kənd Təsərrüfatı Nazirliyi müəyyənləşdirib. Bu qurum İqtisadiyyat Nazirliyi ilə birlikdə hazırda istehlak bazarında olan qiymətlərə uyğun olaraq qiymətləri də təyin edib. Nəticədə, tutalım, ilboyu kilosu 60 qəpikdən 11 min 691 ton kartof alınacaq. Halbuki yerli kartof yığılarkən birbaşa sahədən satış qiyməti bundan iki dəfə ucuz olur.

Buna da bax: Hökumət ərzağı necə və kimə alacaq?

Çaydan 2 dəfə çox qəhvə tələb olunur?

Gələn il hökumət kilosu 6,50-8,10 manat civarında 1725 ton 900 kiloqram balıq alacaq. Hesablamaya görə, bitki yağlarına illik tələbat 666; kərə yağına - 1142,3 tondur. 19,5 miyon yumurtanın biri 18 qəpikdən, 1153 ton toruq ətinin kilosu 3,40 manatdan alınacaq. Mal ətinə ehtiyac 3 min 80; qoyun ətinə – 365 ton hesablanıb.

Maraqlı faktlardan biri budur ki, qara çaya və kakaoya ehtiyac hərəsinə 64 ton, qəhvəyə ehtiyacsa bundan təxminən iki dəfə çox – 123 tondur.

Portalda adları açıqlanmayan istehsalçı və idxalçıların 35 müxtəlif satış təklifi də yer alıb.

Buna da bax:​ “Ərzaq cəmiyyəti də Taxıl Fondunun gününə düşməsə yaxşıdır...”

Pulun 20 faizi hara gedəcək?

«Ərzaq məhsullarının tədarükü və təchizatı» ASC-də qeyd ediblər ki, satın alan dövlət təşkilatları malları bu qiymətlərlə deyil, müqavilə qiymətindən 20 faiz baha alacaqlar. Başqa sözlə, dövlət büdcəsindən satınalmalara daha çox vəsait sərf olunacaq və həmin vəsait «Ərzaq məhsullarının tədarükü və təchizatı» ASC-nin hesabında toplanacaq. Yığılacaq vəsait gələn ilin sifarişini götürən təchizatçılara növbəti 2018-ci ildə 25 faiz həcmində beh ödəmək üçündür. Məqsəd - ərzaq mallarına tələbatı bütövlüklə yerli istehsal hesabına təmin etməkdir.

Buna da bax: Deputat: 'İşsizlərə müavinət verilməlidir'

«Ərzaq məhsullarının tədarükü və təchizatı» ASC prezident İlham Əliyevin 11 aprel 2016-cı il tarixli sərəncamı ilə yaradılıb. Onun əsas işi ərzaq məhsullarını istehsalçı və satıcılardan alaraq satın alan təşkilatlara təqdim etməkdir.

Satınalma proseduru «Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması qaydası»na uyğun gerçəkləşdiriləcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG