Keçid linkləri

2016, 25 Sentyabr, bazar, Bakı vaxtı 19:41

Avqustun 7-də Azərbaycan hərbçilərinin Ermənistan vətəndaşını saxladığı bildirilir.

«Turan»ın xəbərinə görə, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatında qeyd edilir ki, həmin şəxs Sədərək istiqamətindən Naxçıvan Muxtar Respublikası ərazisinə keçmək istəyirmiş.

Komissiya bildirilir ki, Henrik Sayerbekoviç Agetsyan 1954-cü il təvəllüdlüdür. Sərhədi keçərkən onu hərbçilər saxlayıblar.

Komissiya Ermənistan vətəndaşının saxlanması ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinə məlumat verdiyini qeyd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG