Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:30

►"Azərbaycan prezidenti ilə görüşə getdiyi zaman..."

Ermənistan milli təhlükəsizlik xidmətinin istintaq idarəsinin rəis müavini Mikael Abmartsumyan martın 30-da keçirdiyi mətbuat konfransında keçən ilin noyabrında zərərsizləşdirilmiş silahlı dəstənin prezident Serj Sarkisyanın təyyarəsini partlatmaq niyyətində olması barədə xəbəri təsdiqləyib.

O deyib ki, bununla bağlı qrup üzvləri tərəfindən bəzi addımlar atılıb. Rəis müavini qeyd edib ki, qrup dekabrın 1-də, Serj Sarkisyan Azərbaycan prezidenti ilə görüşə getdiyi zaman onun təyyarəsini partlatmaq istəyirmiş. Özü də bu əməliyyatın həyata keçiriləcəyi məkan belə müzakirə olunub.

Ambartsumyanın sözlərinə görə söhbət Yerevanın "Zvartnots" hava limanına yaxın ərazilərdən gedir:

"Biz o ərazini araşdırmışıq və deyə bilərəm ki, bunu həyata keçirmək fiziki olaraq mümkün idi, çünki təyyarə qalxan və enən zaman kifayət qədər aşağı yüksəklikdən uçur və əlçatan olur. Ancaq mən yenə də təkrar edirəm ki, bununla bağlı qərar qəbul olunmayıb və bu məsələ yalnız müzakirə mərhələsində olub."

Mikael Ambartsumyan bildirib ki, prezidentin təyyarəsinin partladılması müzakirə olunsa da, hədəf təkcə Serj Sarkisyan olmayıb.

__________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

Ermənistanın MTX sözügedən işlə bağlı beş aydan bəri davam edən istintaqın bəzi detallarını təqdim edib. Verilən açıqlamada deyilir ki, Artur Varsanyanın başçılıq etdiyi qrup zorakı hərbi çevriliş həyata keçirməyi planlaşdırıb, prezident sarayı, parlament, hökumət və Konstitusiya məhkəməsi, habelə İctimai televiziya şirkətinin binasını hədəfə alıb. Qrup üzvləri bu məqsədlə parlamentin bütün deputatları da daxil olmaqla siyasi fəaliyyətlə məşğul olan 147 şəxslə bağlı məlumat toplayıb. Bura onların ailə üzvləri ilə bağlı məlumatlar da daxildir.

Verilən məlumatda deyilir ki, qrup bundan başqa prezidentin təhlükəsizlik xidmətinin işinə də nəzarət etməyə cəhd edib. Hətta Artur Vardanyan gizlicə Serj Sarkisyanın səfərlərinin videoçəkilişini həyata keçirməyə nail olub. Prezident Gümridə bir kilsənin açılışına gəldiyi zaman Artur Vardanyan kilsə xorunun üzvü geyimində olub və yuxarıdan çəkiliş aparıb.

Mikael Ambartsumyan deyib ki, MTX qrupun kim tərəfindən və hansı vəsait hesabına dəstəkləndiyindən də xəbərdardır.

O qeyd edib ki, bu cinayət işi çərçivəsində Ermənistan Respublikasında yaşayan və fəaliyyət göstərən həmin şəxsə qarşı da ittiham irəli sürülüb. Onun sözlərinə görə qrup 65 min dollara yaxın vəsait alıb. Ancaq o bundan artıq məlumat vermək istəmədiyini deyib.

Qeyd edilir ki, bu işlə bağlı ümumilikdə 33 nəfər ittiham olunub, onlardan 25 nəfər artıq həbs olunub.

Təqsirləndirilən şəxslərin mövqeyi barədə məlumat verilmir.

Buna da bax: "Karvan" Ticarət Mərkəzində çalışanlar etiraz edir

Günün bütün mövzuları

XS
SM
MD
LG