Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:21

"Xalqın oğurlamağa daha heç nəyi qalmayıb"


Galust Sahakian jurnalistlərə cavab verir
Galust Sahakian jurnalistlərə cavab verir

Birinci Erməni İnformasiya kanalı yazır ki, Dünya İqtisadi Forumu illik Rəqabət Qabiliyyəti İndeksi adlı hesabatı dərc edib.

Ermənistan bu hesabatda etika və korrupsiyaya görə 3,5 qiymətini alıb (1 – pisdir, 7 – yaxşıdır). Bu da Ermənistana bu sahədə 65-ci yeri verib. İndeksdə eyni yerlərdə Kipr, Vyetnam, Tunis, Monteneqro, Koreya və Misirdir.

Ancaq eyni vaxtda bu göstəriciyə görə, Ermənistan İspaniya (74-cü yer), Çexiya (79-cu yer), İtaliya (89-cu yer) kimi ölkələrdən yuxarıdadaır.

Siyahıda birinci yerlərdə, ən az korrupsiya olan ölkələr Sinqapur, Yeni Zelandiya, ABŞ-dır.

Dünyada ən pis göstəricilər Venesuela. Boliviya və şaddadır.

BEİK yazır ki, Ermənistanla qonşu ölkələrdən yalnız Gürcüstan korrupsiyanın azlığına görə Ermənistandandan yuxarıdadır- 39-cu yer.

XALQLN HEÇ NƏYİ QALMAYIB

“Aravot” qəzetinə müsahibəsində Ermənistan Milli Məclisinin sədri Galust Sahakian deyib: “bizdıə ac kütlələr var. Nə qədərsə. İnsanlar elə bilir ki, hamı varlıdır. Biznesi olanlar bu sərvəti xalqdan aparıb. Onlar yaşaya bilir, xalq bilmir. Biz başa düşməliyik ki, xalqın oğurlamağa daha heç nəyi yoxdur”

TARİXDƏ ƏN PİS

“Joxovurd” qəzeti yazır ki,böyük hay-küy doğuran Yeni Vergi Kodeksi parlamentdə ikici oxunuşda qəbul olundu.

Bunu şərh edən qəzet yazır: “İndiki parlament Ermənistan tarixində ən rüsvayçı qurumdur. Bu parlament qədər xalqa ziyan vuran bu qədər qanunu heç kim qəbul etməyib.”

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG