Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:48

Julian Barnes: 'Roman janrının “ölümü” haqda söhbətlər naşirlərin uydurmasıdır'


İngilis yazıçısı Julian Barnes
İngilis yazıçısı Julian Barnes

Roman janrının “ölümü” haqda söhbətlər naşirlərin uydurmasıdır, roman insan ruhuna xitab edir və sərhəddləri aşır – deyə ingilis yazıçısı Julian Barnes Moskvadakı non/fiction ədəbiyyat yarmarkasının açılışında deyib.

Moskvadakı Mərkəzi Sənətkarlar Evində Britaniya nəşriyyatı “Azbuka Attikus”un Barens-lə təşkil etdiyi görüş dekabrın 2-də baş tutub. Xatırladaq ki, Britaniya bu il Rusiyada keçirilən non/fiction kitab yarmarkasının qonağıdır. İngilis postmodern yazıçı Julian Barnes “İngiltərə, İngiltərə”, “Floberin tutuquşusu”, “Sonun yaxınlaşması hissi” və s. romanları ilə məşhurdur. Onun son romanı “Zamanın uğultusu” isə rus bəstəkarı Dmitry Shotakovich-ə həsr olunub.

Buna da bax: Alman cəmiyyətində nə qədər və nələr oxunur...

“Düşünürəm ki, roman janrının ölümü haqda söhbətlər naşirlərin uydurmasıdır. Onlar artıq fermerlərə çevriliblər, hər illəri məhsulsuz və ara verməyən yağışlarla keçir. Məncə roman oxucuda elə izlər qoyur ki, başqa heç bir janrın buna gücü çatmaz. On insan ruhuna, ağlına xitab edir, o hakimiyyətlərin yaratdığı süni sərhəddlərə məhəl qoymadan səyahətə çıxa bilir, özü də musiqi yaxud incəsənətdən daha çətin yollarla” – deyə Barnes bildirib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG