Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:02

Ermənistanın Rusiyaya konyak və şərab ixracı artıb


Ermənistan-Rusiya iqtisadi əlaqələri (arxiv fotosu)

Ermənistan-Rusiya iqtisadi əlaqələri (arxiv fotosu)

Ermənistanın Rusiyaya 2015-ci ildə kəskin şəkildə azalmış ixracatı bu ilin ilk rübü ərzində 2 dəfədən çox artıb. Bu, rus rublunun 2014-cü ildə itirdiyi dəyərin bir hissəsini geri qaytara bilməsi ilə bağlıdır.

Ermənistanın Milli Statistika Xidməti (MSX) bildirib ki, bu ilin ilk rübündə ölkənin ümumi ixracat gəlirləri keçən ilə nisbətən 26%-dən çox artaraq təqribən 376 milyon dollara çatıb. Bu artımın əksər hissəsi Rusiyanın Ermənistandan 67,7 milyon dollar həcmində mal idxal etməsi ilə bağlıdır. Bu, 2015-ci ilin göstəricisindən 31,2 milyon dollar çoxdur.

Bu ilin ilk rübündə Ermənistanın Avropa Birliyi ölkələrinə ixracatı yalnız 4,3 % artaraq 107,3 milyon dolar təşkil edib.

Ermənistan Rusiyaya əsasən kənd təsərrüfatı məhsulları, ərzaq, konyak və şərab ixrac edir. MSX-nın məlumatından görünür ki, cari ilin birinci rübü ərzində bu məhsulların ixracından əldə edilmiş gəlir 93 milyon dollar artıb. Yüngül sənaye, qiymətli metallar, cilalanmış brilyant və başqa zərgərlik məhsullarının ixracatındakı 72%-lik artım da Rusiya bazarının sayəsində baş verib.

2015-ci ildə dünyada neft qiymətlərinin azalması Rusiya rublunun kəskin dəyər itirməsinə səbəb olmuş, bu isə öz növbəsində Ermənistan mallarının idxalının 27 % azalması ilə nəticələnmişdi.

Ötən il ənənəvi olaraq Rusiya bazarına hesablanmış konyak və şərab şirkətləri xüsusilə çətin vəziyyətə düşmüşdülər. Onlardan bəziləri bağlanmaq məcburiyyətində qalmışdı.

Ancaq MSX-nin son məlumatındakı rəqəmlərdən görünür ki, 2016-cı ilin ilk rübü ərzində ölkənin əsas spirtli içkisi olan konyak istehsalı iki dəfədən çox artıb.

Yanvarda neft qiymətlərinin nisbətən artmağa başlamasından sonra rus rublu ABŞ dollarına nisbətdə təqribən 20% möhkəmlənə bilib. Bu isə Ermənistan ixracatçılarının daha çox mal sataraq qazanc əldə etməsinə səbəb olub.

Rubl 2014-cü ilin iyunundan 2015-ci ilin sonunadək öz dəyərinin yarısından çoxunu itirmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG