Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:21

Ermənistan prezidenti “KTMT-nin məsuliyyətində olan regionlarla həmsərhəd bölgələrdən” danışıb

Moskvada Rusiya və Ermənistan prezidentləri Vladimir Putin və Serj Sarkisyan arasında görüş keçirilir.

İA REGNUM Kremlin mətbuat xidmətinə istinadən bildirir ki, Vladimir Putin Rusiyanın Ermənistanla münasibətlərini “strateji partnyorluq” adlandırıb.

“Bizim dövlətlərarası münasibətlərimizi xarakterizə etməyə ehtiyac yoxdur: həqiqətən də bu strateji partnyorluqdur. Münasibətlərimizin inkişafda olduğunu, uğurla inkişaf etdiyini bəyan etmək mənim üçün çox xoşdur” – deyib Rusiyanın dövlət başçısı.

Bununla yanaşı, Rusiya prezidenti iki ölkə arasında problemlərin də mövcud olduğunu dilə gətirib. O izah edib ki, söhbət iqtisadiyyat sahəsində qarşılıqlı əlaqələrdən gedir.

Vladimir Putin deyib ki, bütövlükdə bu münasibətlər üçün bazanın mövcudluğundan məmnundur.

Vladimir Putin Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) sədrliyi məsələsinə də toxunub.

Rusiya prezidenti məmnun olduğunu bildirib ki, indi Ermənistanla KTMT-nin sədri kimi də münasibətlər qurulacaq.

O deyib ki, bu təşkilatın əsas məqsədi terrorçuluqlıa və mütəşəkkil cinayətkarlıqla mübarizə, “sərhədlərimizdə sakitliyin olmasıdır”.

Putin vurğulayıb ki, Ermənistan KTMT-nin sədrliyində artıq həm beynəlxalq fiqur, həm də Avrasiya İqtisadi İttifaqında aparıcı inteqrasiya birliyinin rəhbəri kimi çıxış edəcək.

KTMT ilə həmsərhəd bölgələrdə...

Serj Sarkisyan cavab çıxışında iki ölkə arasında münasibətlərin “çox yaxşı” olduğunu təsdiqləyib.

O deyib ki, Yerevan və Moskva arasında siyasi, hərbi-texniki və humanitar sahələrdə qarşılıqlı anlaşma hökm sürür.

Sarkisyan bildirib ki, Ermənistan KTMT-nin sədri kimi ötən sentyabr və dekabr aylarında götürdüyü öhdəliklərə sadiq qalır.

“Lakin bizi KTMT-nin məsuliyyətində olan regionlarla həmsərhəd bölgələrdəki vəziyyət narahat edir. Dekabr sessisiyasə zamanı olduğu kimi mən yenə də uca səslə bildirirəm ki, biz Rusiyanın Suriya məsələsindəki mövqeyini möhkəm şəkildə dəstəkləyirik və əlbəttə biz sizin Birləşmiş Ştatlarla hərbi əməliyyakların dayandırılmasına dair razılaşmanızı salamlayırıq. Bu, məsələnin siyasi həllinə açar ola bilər” – deyib Ermənistan prezidenti.

Ermənistan prezidenti həmçinin rusiyalı həmkarına Dağlq Qarabağ münaqişəsinin çözümündəki şəxsi səylərinə görə təşəkkürünü bildirib.

O deyib ki, Ermənistan münaqişənin dinc vasitələrlə həllinə sadiq qalır.

Günün bütün mövzuları

XS
SM
MD
LG