Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:25

Ermənistan Dağlıq Qarabağa pul yığır


Armenia/US - Hayastan All Armenian Fund's annual Telethon, Yerevan-Los Angeles,24-25Nov,2016

Armenia/US - Hayastan All Armenian Fund's annual Telethon, Yerevan-Los Angeles,24-25Nov,2016

“Hayastan” ümumermənistan fondunun keçirdiyi 19-cu illik xeyriyyə telemarafonunda təxminən 15 milyon dollardan çox vəsait yığılıb.

Bu barədə Ermənistanın İctimai televiziyası məlumat verib.

AzadlıqRadiosu Ermənistan xidmətinin məlumatına görə, axşam saatlarından başlayan 12 saatlıq telemarafon bir neçə yerli televiziya ilə canlı yayımlaıb.

Məlumata görə, bu vəsaitin bir qismi hazırda erməni işğalında olan Dağlıq Qarabağın ziyan dəymiş rayonlarının bərpasına, ordakı erməni əhalinin təhlükəsizliyi və müdafiəsinin təminatına, həmçinin çoxuşaqlı ailələr üçün evlər tikilməsinə sərf olunacaq.

Eyni vaxtda Ermənistan və Dağlıq Qarabağda məqsədli proqramlar həyata keçiriləcək.

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda iki ölkə arasında ağırdöyüşlər olub. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan) işğal edilib.

1994-cü ildə tərəflər arasında atəşkəs müqaviləsi bağlanıb.

Azərbaycanın işğal altındakı rayonlarının qeyd və şərtsiz boşaldılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnamə bar. 822, 853, 874 və 884 saylı qətnamələr indiyə kimi yerinə yetirilməyib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG