Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:25

Hərbi paradın məşqləri keçirildiyindən, bir neçə gündür Yerevanın mərkəzi meydanı bağlanıb.

Məşqlər sentyabrın 14-dən başlanıb. Meydana gələn bütün yollar gecədən səhərədək 2 gün qapadılıb.

Məşqlərə müdafiə naziri Seyran Ohanian, onun müavinləri və digər yüksəkrütbəli hərbçilər qatılıblar.

Ermənistan daha əvvəl - müstəqilliyinin 20-ci ildönümünü də hərbi paradla qeyd edib. Ancaq ötən il yubiley ili olmadığından, hərbi parad keçirilməyib. O vaxt prezident Serzh Sarkisian təntənəli qəbul mərasimi keçirib, ölkənin hər yerində xalq gəzintisi olub, gecə paytaxtda atəşfəşanlıq düzənlənib.

Elə bu il də ölkənin hər yerində neçə-neçə ictimai-mədəni tədbir keçirilməsi nəzərdə tutulur.

PARLAMENT RESPUBLİKASI YOLUNDA

Müstəqilliyinin 25 illiyini qeyd edən Ermənistan həm də parlament respublikasına çevrilmək yolundadır. Konstitusiyaya təklif edilən dəyişikliklərə görə, parlamentin artıq majoritar qaydada yox, çoxpartiyalı proporsional sistemlə təşkili nəzərdə tutulur.

Ermənistan hakimiyyəti ümid edir ki, dəyişikliklər ölkədə siyasi sistemi gücləndirəcək və partiyaların rolunu artıracaq.

Müstəqilliyini qeyd edən Ermənistan Qarabağa görə Azərbaycanla müharibə vəziyyətindədir.

QARABAĞ MÜNAQİŞƏSİ HƏLƏ DƏ HƏLLİNİ GÖZLƏYİR

Bu ilin aprelində Azərbaycanla Ermənistan arasında qısamüddətli müharibə baş verdi və hər iki tərəf onlarla itkiyə məruz qaldı. Hər iki ölkə prezidentlərinin görüşündən sonra yenidən atəşkəs elan olundu və Qarabağ probleminin sülh yolu ilə həlli istiqamətində intensiv danışıqlar başlandı. Acaq hələ də ortada konkret addımlar yoxdur.

Ermənistan SSR Ali Soveti 1990-cı il avqustun 23-də müstəqillik bəyannaməsini qəbul edib və beləcə, sovet respublikasından Ermənistan Respublikasına çevrilib.

Həmin il sentyabrın 21-də isə SSRİ-nin tərkibindən çıxması və müstəqil dövlət yaradılması üçün Ermənistanda referendum keçirilib.

Seçicilərin 94.99 faizi bu referendumu dəstəkləyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG