Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:05

Ermənistan da neft qiymətlərindən asılıdır...


Ermənistan prezidenti Serzh Sarkisian (sağda) və Rusiya prezidenti Vladimir Putin Gümridəki rus bazasında. Arxiv

Ermənistan prezidenti Serzh Sarkisian (sağda) və Rusiya prezidenti Vladimir Putin Gümridəki rus bazasında. Arxiv

►Rusiya öz hayında. Ermənistana vəd edilmiş kreditlər təhlükə altında...

Ermənistanın maliyyə nazirinin birinci müavini Pavel Safaryanın sözlərinə görə, Rusiyada iqtisadi vəziyyət pisləşərsə, Ermənistan Kremlin ona vəd etdiyi kreditləri almaya bilər. Bura atom elektrik stansiyasının qurulmasına və təmirinə xərclənəcək vəsait də daxildir.

"İndi biz bir çox risklər zonasındayıq: neft qiymətlərinin daimi oynaması və enməsi... Bunların hamısı risklərdir. Biz həmişə qeyd etmişik ki, bu risklər mövcuddur," - deyə Safaryan bildirib.

O, vəziyyətin kritik həddə qədər pisləşməyəcəyinə ümid etdiyini bildirib.

Keçən il Ermənistanla Rusiya arasında bağlanmış iki böyük kredit razılaşmasına görə, Moskva Ermənistana Metsamor atom elektrik stansiyasının təmiri üçün 270 milyon dollar, silah alınması üçünsə 200 milyon dollar kredit verməlidir.

Ermənistan hökuməti bunu ciddi uğur kimi təqdim edirdi.

Buna da bax: Neft 60-70 dollara qalxacaqmı?

Pavel Safarian

Pavel Safarian

Ancaq neft qiymətlərinin davam etməkdə olan enişi Rusiya iqtisadiyyatını ağır vəziyyətə salıb və Kremli əvvəlki illərdə toplanmış valyuta ehtiyatlarını istifadə etməyə vadar edib.

İki gün əvvəl Rusiya maliyyə nazirinin müavini Sergey Storçak deyib ki, ölkənin büdcəsi gərgin vəziyyətdədir və yeni kreditlərin verilməsi ehtimalı çox azdır.

Keçən il elə Ermənistanın da dövlət büdcəsi gərgin vəziyyətdə olub. Pavel Safaryan qeyd edib ki, 2015-ci ildə toplanmış vergilər plandan 80 milyard dram (164 milyon dollardan bir qədər artıq) az olub. Bu kəsrin öhdəsindən gəlmək üçün 48 milyard dramlıq kredit və 4 milyard dramlıq əlavə gəlir cəlb edilib.

Nazir müavini kəsrin səbəbini keçən il ölkənin ÜDM-nin planlaşdırıldığından aşağı olması ilə izah edib, amma həm də qeyd edib ki, bu kəsrə baxmayaraq bütün büdcə öhdəlikləri yerinə yetirilib.

Metsamor AES

Metsamor AES

Ermənistan Maliyyə Nazirliyinin verdiyi məlumata görə, ölkənin xarici borcları yarım milyard dollardan çox artaraq 4 milyard 309 milyon dollara çatıb.

Buna da bax: Məhkəməyə yerə uzanmaqla etiraz edir- [Video]

Safaryanın sözlərindən məlum olub ki, bu il də hökumət xarici borc yükünü artırmaq niyyətindədir. O deyib ki, bu göstərici ilin sonuna ÜDM-in 42%-dən 48%-nə qədər yüksələcək. "Borc götürən borcun həcmindən asılı olmayaraq həmişə narahat olmalıdır," - deyə o qeyd edib.

İqtisadçı Babken Tunyansa deyib ki, bu il Ermənistanın iqtisadiyyatı üçün böhranlı 2009-cu ildəkindən də ciddi itkilərlə yekunlaşa bilər.

İqtisadçı Azadlıq Radiosunun erməni xidmətinə müsahibəsində belə deyib:

"Bizim uzun illər bu barədə danışmağımıza baxmayaraq, təəssüf ki, bizim iqtisadiyyatımız xarici aləmdən ciddi asılılığını aradan qaldıra bilməyib. Mən pessimist proqnozlar vermək istəmirəm, amma hər şey ona doğru aparır ki, 2016 - həqiqətən də, həm vergilərin toplanması, həm sosial sahədə, həm də iqtisadi inkişafın təmin edilməsi kontekstində çətin il olacaq..."

Günün bütün mövzuları

XS
SM
MD
LG