Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:39

Rəsmi Yerevan ümid edir ki, bununla ölkənin ikinci böyük hava limanını inkişaf etdirəcək

Rusiyanın “Pobeda” adlı azbüdcəli hava yolları şirkəti noyabrın sonlarından Ermənistana ardıcıl uçuşlara başlayır. Bu barədə Yerevanda ölkə rəsmiləri məlumat veriblər (“Pobeda” – “Aeroflot”un törəmə müəssisəsidir. İki il öncə - Avropa Birliyinin Rusiyaya sanksiyalarından sonra “Dobrolyot” aviaşirkəti fəaliyyətini dayandırmağa məcbur qalanda, yaradılıb – red.) Gözlənilir ki, “Pobeda” Moskvadan Ermənistanın ikinci böyük şəhəri olan Gümriyə, ordan da əks istiqamətə uçuşlar həyata keçirəcək və birtərəfli uçuş sərnişinə təxminən 20 dollara başa gələcək. Bu haqda AzadlıqRadiosunun erməni xidməti məlumat yayıb.

“İlk dəfədir ki, Ermənistan bazarı ilə maraqlanırlar”

“Bu, Ermənistandan ötrü gözlənilməz idi”, - Ermənistan Mülki Aviasiya Baş Departamentinin rəhbəri Sergey Avetisian yerli mətbuata belə deyib və fikrini tamamlayıb: “İlk dəfədir ki, azbüdcəli hava yolları şirkəti Ermənistan bazarı ilə maraqlanır”.

“Pobeda”nın təyyarələri Gümrü şəhərinin yaxınlığındakı Şirak aeroportuna enəcək. Aeroport ölkənin ikinci hava limanıdır, ancaq illərdir, istifadəsiz qalıb.

Ermənistan hökuməti ümid edir ki, Rusiyanın azbüdcəli avişirkətinin ölkəyə gəlişi yerli hava yolları bazarında rəqabəti genişləndirəcək və bu da Gümrü aeroportunun infrastrukturunun yaxşılaşmasına kömək edəcək.

“Gümrüdən uçanlar 20 dollarlıq rüsumdan azaddırlar”

Sergey Avetisian bildirib ki, onlar Şirak hava limanının azbüdcəli uçuşlara açılması üçün dəfələrlə Ermənistan Beynəlxalq Aeroportunun rəhbərliyi ilə müzakirələt aparıblar.

Yerevan, Zvartnots aereportu

Yerevan, Zvartnots aereportu

Ermənistanı Yerevanda yerləşən əsas “Zvartnots” hava limanından tərk edən bütün sərnişinlər dövlət büdcəsinə 20 dollar ödəməlidirlər. Sergey Avetisian deyib ki, Gümüidən uçan sərnişinlər o pulu ödəməkdən azad ediləcəklər.

Ancaq dövlət rəsmisinin sözlərinə görə, Gümrüyə biletlərin 20 dollardan başlayacağı ilə bağlı deyilənləri nə təsdiqləyə, nə inkar edə bilər.

Sergey Avetisian yalnız onu əlavə edir ki, “Pobeda” şirkətinin Rusiyadakı oxşar uçuşları təxminən bu qiymət civarındadır. O, başqa xidmətlərin biletin qiymətini artıra biləcəyi barədə xəbərdarlıq etməyi də unutmayıb.

“Avropanın azbüdcəli aviaşirkətləri ilə danışırıq”

Sergey Avetisian Avropanın da azbüdcəli hava yolları şirkətləri ilə danışıqlar apardıqlarını bildirib. Onun sözlərinə görə, aviaşirkətlər mövcud tələbatı araşdırırlar: “Bu sirr deyil ki, Rusiya ilə Ermənistan arasında çoxsaylı gediş-gəliş var və Ermənistan Rusiyadan ötrü hava yolları sahəsində böyük bazar sayıla bilər”.

Ermənistanla Rusiya arasında viza rejimi yoxdur. Ermənistanın on minlərlə vətəndaşı hər il Moskvaya və Rusiyanın digər şəhərlərinə mövsümi işlərə yollanır. Rusiyada yaşayan 2 milyon erməni də qohumlarını görmək üçün vaxtaşırı Ermənistana gəlirlər.

Yerli mətbuat yazır ki, “Pobeda” Moskva-Gümrü-Moskva uçuşlarına həftədə 7 reys ayırıb. Uçuş günortadan sonrakı saatlarda nəzərdə tutulub.

Şirkət uçuşlarını 180 yerlik və təksinifli “Boeing-737-800” təyyarəsində gerçəkləşdirəcək.

Rusiyanın “Moskva-Yerevan-Moskva” reysləri ilə uçan digər avişirkətlərinin biletlərində qiymətlər bir istiqamətə 111 dollardan başlayır və 222 dollaradək yüksələ bilir.

“Pobeda” Alma-Ataya da ucuz biletli uçuşlarını bərpa etməyə hazırlaşır.

Şirkət 12 “Boeing-737-800” təyyarəsi ilə, 8-i beynəlxalq olmaqla, 58 istiqamətdə uçuşlar həyata keçirir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG