Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:44

Nazir Ermənistanın miskin ölkə olması fikri ilə razılaşmır


►Müdafiə nazirinə isə sual veriblər ki, niyə ön cəbhədə əsasən kasıb ailələrin uşaqları xidmət edir...

Ermənistan Elmlər Akademiyasının prezidenti Radik Martirosyan "Aykakan jamanak" qəzetinə müsahibə verərkən "Ermənistanda hərbi sənaye niyə inkişaf etmir" sualına cavab olaraq deyib ki, "Dünya silah bazarında ölüm-dirim mübarizəsi gedir və hər miskin ölkə bu bazara çıxa bilmir".

Ermənistanın təhsil və elm naziri Levon Mkrtçyan isə Radik Martirosyanın Ermənistanın miskin ölkə olması barədə fikri ilə razılaşmır.

"...Bizim ölkəmizdə həmişə elə işlər görülüb və görülür ki, bu bizə əminliklə sivilizasiyada öz yerimizi tutmaq haqqını verir. Çox güman ki, cənab Martirosyan onu nəzərdə tuturdu ki, hazırki şəraitdə dünyada silah istehsal edən ölkələr böyük dövlətlərdir və kiçik dövlətlər üçün silah istehsalının tam siklinə malik olmaq çox çətindir. Biz balaca, amma güclü, məğrur və perspektivləri olan ölkəyik," deyə Mkrtçyan bildirib.

Ermənistanda silah istehsalı imkanlarına gəlincə, nazir deyib ki, bu, kiçik ölkələr üçün böyük məsrəf deməkdir. Onun fikrincə, dünya bazarına çıxış məsələsində də bir çox çətinliklər var. O əlavə edib ki, Ermənistan bu sahədə özünün strateji müttəfiqləri və tərəfdaşları ilə əməkdaşlıq etməklə çox ciddi hərbi sənaye kompleksinə malik ola bilər.

İstisnalar...

Ermənistan hökuməti bu yaxınlarda tələbələrə hərbi xidmətə çağırışdan möhlət verilməməsi və 18 yaşına çatmış bütün oğlanların məcburi hərbi xidmətə çağırılması barədə qanun layihəsini parlamentə təqdim edəcək.

Azadlıq Radiosunun bunun ölkədə elmin inkişafına mənfi təsir göstərib-göstərməyəcəyi barədə sualına cavab olaraq Levon Mkrtçyan deyib ki, bəzi istiqamətlərdə istisnalar olacaq. "Təbiət elmlərində elə istiqamətlər var ki, alim geri qalmamaq və keyfiyyəti təmin edə bilmək üçün daim elmlə məşğul olmalıdır. Əgər biz hərbi-sənaye kompleksinin bərpasından danışırıqsa, elə bir format tapmaq olar ki, tələbə və aspirantlar eyni zamanda həm hərbi xidmətə çağrıla, həm də öz biliklərini inkişaf etdirə bilərlər," deyə nazir qeyd edib.

____________________________________________________________

Bunlara da bax:
Muradbulaqda məktəb – yük vaqonu
Hafiz Məmmədov: «Mənə zərbəni Eldar Mahmudovun oyunları vurdu»

____________________________________________________________

Döyüşə kasıblar gedir...

Sözügedən qanun layihəsinin ideyası aprel ayında münaqişə zonasında hərbi əməliyyatların fəallaşmasından sonra gündəmə gəlib. İctimaiyyət ön cəbhədə əsasən aztəminatlı ailələrdən çıxmış çağırışçıların xidmət etməsi məsələsini qaldırmağa başlayıb.

Ermənistanın müdafiə naziri Seyran Ohanyan bunu zəngin ailələrin uşaqlarının universitetlərə daxil olması ilə izah edib. "Ali təhsil müəssisələrinə əsasən cəmiyyətin otra və yuxarı təbəqəsini təmsil edən ailələrin uşaqları daxil olur," müdafiə naziri deyib.

Həmçinin baxın - AzadlıqRadiosu Youtube Kanalında izləyin:

Döyüşlərdə ancaq kasıblar həlak olur?

DİNLƏ: Günün əsas hadisələri AzadlıqRadiosunun radio proqramında (13 may)

Britaniyada mülk sahibləri adlarını açıqlamalı olacaqlar
Gənc fəalların həbsinə beynəlxalq reaksiyalar

BAX: Günün əsas hadisələri AzadlıqRadiosunun TV proqramında (13 may)

Vergilər Naziri olsaydın nə qərarlar verərdin?

Günün bütün mövzuları

XS
SM
MD
LG