Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:34

Ermənistanda qənaət rejimi: Deputatların da sayı azaldılır


Davit Harutiunian
Davit Harutiunian

Gələn il Ermənistanın dövlət idarəçilik orqanlarında xərclər 2 miyon dollardan da çox azaldılacaq.

Bunun təxminən yarısı prezident administrasiyasının payına düşür.

Administrasiyasının rəhbəri Armen Gevorkyan noyabrın 11-də büdcə layihəsinin müzakirəsində deyib ki, bu əsasən milli təhlükəsizlik şurasında iş yerlərinin ixtisarı hesabına olacaq.

Belə ki, 93 ştatdan hazırda cəmi 27-i qalıb.

Armen Gevorgian
Armen Gevorgian

Hələlik prezident aparatında elə bir ixtisar gözlənilmir, amma Gevorkyan bununla bağlı suala cavabında deyib ki, hər şey ola bilər.

Həmçinin növbəti parlamentə xərclərin təxminən 800 min dollardan çox azaldılması nəzərdə tutulur.

Amma bu əməkhaqları, əmlak və xidməti avtomobillərə aid deyil.

Parlament aparatının rəhbəri Hrayr Tovmasyan deyib ki, yeni konstitusiyaya görə gələn il seçiləcək yeni parlamentdə 131 yox, cəmi 101 deputat ola bilər.

O qeyd edib ki, deputatlar beynəlxalq konfranslara büdcə hesabına gedəcəklər, amma bu cəmi 13 beynəlxalq təşkilata aiddir. Məsələn, MDB-nin parlamentlərarası assambleyası, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının assambleyası, Avropa Şurası Parlament Assambleyası, ATƏT-in Parlament Assambleyası və s.

Hrair Tovmasian
Hrair Tovmasian

Tovmasyan həmçinin deyib ki, parlament gələn il qaz və elektrik enerjisi hesabına da qənaət edəcək.

Xərclərin ixtisarı hökumətdən də yan keçməyəcək.

Nazirlər Kabinetinin aparat rəhbəri David Harutyunian deyir ki, gələn il hökumətdəki 3-cü korpus və xidməti avtomobillərin ləğvi hesabına 370 min dollara qənaət ediləcək.

David Harutyunian
David Harutyunian

Ümumilikdə isə hökumət gələn il dövlət xərclərini təxminən 210 milyon dollar azaltmaq fikrindədir.

Baş nazir Karen Karapetyan büdcə layihəsinin müzakirəsində deyib ki, hökumət istəyir ki, gələn il ümumdaxili məhsulun artımı 3,2 faiz olsun, amma bunun üçün xeyli səy göstərmək lazım gələcək.

Yeni büdcə layihəsi noyabrda parlamentin müzakirəsinə çıxarılacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG