Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:44

Ermənistanda işığın da qiyməti ucuzlaşdı


Ermənistan paytaxtı (Arxiv fotosu)
Ermənistan paytaxtı (Arxiv fotosu)

Dekabrın 23-də Ermənistanın İctimai Xidmətin Tənzimlənməsi Komissiyasının qərarı ilə, əhali üçün gündüz elektrik enerjisi tarifi 1 kilovatt saat üçün 44,98 dram (cari tarif 1 kilovatt saat üçün 46,2 dram), gecə tarifi – 1 kilovatt saat üçün – 34, 98 dram (cari tarif 1 kilovatt saat üçün 36,3 dram) müəyyən edilib.

AzadlıqRadiosunun erməni xidməti yazır ki, yeni hökumətin təklifi ilə aztəminatlı ailələrə xüsusi tariflər müəyyən ediləcək. Komissiyasının tariflərin idarə edilməsi şöbəsinin rəisi Qareqin Baqryamanın sözlərinə görə, belə ailələr üçün cari tarif 6,2 dram azalacaq.

“Aztəminatlı ailələr üçün gündüz tarif 1 kilovatt saat üçün 40 dram, gecə isə 30 dram müəyyən ediləcək” – deyə o bildirib.

Bundan əvvəl Ermənistanda yanacaq və qazın da qiyməti endirilib.

*Azərbaycanda baş verən hadisələri izləmək istəyirsiz? Youtube Kanalımıza abunə olun. Kanalımızda hər gün yeni videolar olur

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG