Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:22

Ermənistan İran qazını almağa hazırlaşır


Qaz kəməri
Qaz kəməri

İran və Ermənistan İran qazı ilə bağlı danışıqlar aparır. Bu barədə Ermənistanın enerji infrastrukturu və təbii resurslar nazirinin müavini Ayk Arutyunyan AzadlıqRadiosunun erməni xidməti-nə müsahibəsində deyib.

Onun sözlərinə görə, hələ ki, qiymətlə bağlı müzakirə aparılmayıb, ancaq sövdələşmənin erməni istehlakçılarından ötrü xoş sonluqla bitəcəyinə ümidlər var. “Ermənistan vətəndaşları yaxın vaxtlarda İran qazından istifadə edə biləcəklər”, nazir müavini bildirib.

Ayk Arutyunyanın başçılıq etdiyi nümayəndə heyəti Tehranda olub və noyabrın 1-də Ermənistanın “Enerjiimpeks” dövlət kompaniyası və İranın qaz ixracı üzrə milli şirkəti qaz tranziti və qazın alış-satışı ilə bağlı ilkin razılaşma əldə ediblər.

“Qiymət uyğun olsa...”

“Birincisi, İran qazının Ermənistan ərazisindən tranzitinə imkan yaradılır. İkincisi, İran qazı daxili tələbatı ödəməyə də alına bilər. Daxili tələbat üçün qaz o vaxt İrandan alınacaq ki, qiymət bizim digər mənbələrlə müqayisədə rəqabətli olsun”,nazir müavini deyir.

“Bu o deməkdirmi ki, bundan sonra Ermənistan öz istifadəçiləri, əhali və müəssisələr üçün təkcə Rusiya qazı yox, həm də İran qazı alacaq?” sualının cavabında Ayk Arutyunyan deyib:

“Daxili bazara İran qazının alınmasını məhdudlaşdıran səbəblərin nə vaxtsa mövcud olduğunudüşünmürəm. Məsələ həmişə qiymət siyasəti ilə bağlı olub: Əgər İran tərəfi danışıqlar nəticəsində bizə əlverişli qiymət təklif edərsə, biz bu qazdan daxili bazarda yararlana bilərik. Danışıqların aparılmaması, bu məsələnin müzakirə edilməməsi barədə deyilənlər düz deyil”.

Ayk Arutyunyan
Ayk Arutyunyan

​Ayk Arutyunyanın sözlərinə görə, razılaşma çərçivəsində qazın həcmi, qiyməti və müddəti konkretləşməlidir: “... və bundan sonra ayrıca danışıqlar aparıla bilər”, – o bildirib

“Ermənistan İrandan qaz idxalına nə zaman başlaya bilər?” sualına nazir müavini belə cavab verib ki, bu, artıq Ermənistana daha uyğun və yaxşı şərtlərlə qiymət təklifindən asılıdır: “Hazırda bu istiqamətdə fəal iş gedir”.

Ermənistan Rusiyanın qaz inhisarından çıxır?

Ermənistan Rusiya qazı inhisarından niyə imtina etmək qərarını verib? AzadlıqRadiosunun sualının cavabında nazir müavini deyib: “Bu, yeni siyasət deyil. Enerji mənbələrinin diversifikasiyası – enerji təhlükəsizliyi strategiyamızın istiqamətlərindən biridir. Və həmişə bu istiqamət üzrə işləmişik. Rusiya qazı inhisarından azad olmaq, – bunu siz belə adlandırırsız... Məhz Ermənistan-İran birgə qaz kəmərinin tikilməsinə başlanması yeni proses deyil. Biz, sadəcə, çalışırıq ki, regiondakı mürəkkəb situasiyadan maksimum faydalanaq”.

Ermənistan-İran qaz kəmərinin Rusiyanın “Qazprom” şirkətinə də aidiyyəti var. Belə olan halda, Rusiya şirkəti Ermənistan-İran qaz danışıqlarında hansı rol oynayır? “Enerjiimpeks” yeni qaz kəmərimi çəkmək istəyir? Ayk Arutyunyan deyir ki, hazırda ayrıca qaz kəməri çəkməyə heç bir iqtisadi əsas yoxdur: “Qazprom”a məxsus “Transqaz” şirkətinin lisenziyasında tranzit qazını mənbəyə çatdırmaq nəzərdə tutulub. Məsələn, İrandan qazı alıb Gürcüstana çatdıracaq. Onun tranzit qazı üçün müəyyənləşdirilmiş tarifləri var. Yəni burda yeni nəsə fikirləşməyə ehtiyac yoxdur. Burda aparıcı rolu hökumət oynayır, lisenziyadan doğan öhdəliklərini yerinə yetirmək isə onların (Rusiya şirkətinin) borcudur”.

“Deməli, İran qazını almaqdan ötrü “Transqaz” və ya “Qazprom”un razılığını almağa ehtiyac yoxdur?” sualının cavabında nazir müavini deyib ki, belə bir məcburiyyət yoxdur.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG