Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:17

Ermənistan Rusiya ilə hava hücumundan müdafiə sistemi qurur


Rusiya istehsalı olan S-300 hava hücumundan müdafiə sistemi
Rusiya istehsalı olan S-300 hava hücumundan müdafiə sistemi

►Parlament sazişi təsdiqlədi

İyunun 30-da Ermənistanın Milli Məclisi özünün cəmi 20 dəqiqə davam etmiş növbədənkənar iclasında "Ermənistan Respublikası və Rusiya Federasiyası arasında Qafqaz regionunda birləşmiş hava hücumundan müdafiə sisteminin yaradılmasına dair sazişi" təsdiq edib.

Saziş hələ 2015-ci il dekabrın 23-də Moskvada Rusiya və Ermənistanın müdafiə nazirləri Sergey Şoyqu və Seyran Ohanyan tərəfindən imzalanmışdı.

131 deputatın 108-i müqavilənin leyhinə, 8 deputat isə əleyhinə səs verib. Səsvermədən əvvəl təkcə bir deputat çıxış edib.

Deputat Tiran Urikhanyan çıxış edərək bildirib ki, cəmiyyətdə narahatlıq var və o bu sazişin əleyhinə səs verəcək.

Xatırladan ki, sənədin ratifikasiyası məsələsi Ermənistanda gərgin debatlara səbəb olmuşdu.

Bir sıra təhlilçi və müxalifətçilər iddia edirlər ki, birləşmiş hava hücumundan müdafiə (HHM) sistemi Ermənistanın suverenlik hüququnun Rusiyaya güzəştə gedilməsini təsbit edir.

____________________________________________________________

Bunlara da bax:
Corc Sorosdan İlham Əliyevə sərt tənqid
Manat niyə dəyərdən düşür?- Ekspert izah edir

____________________________________________________________

Ermənistan parlamenti həmçinin Seçki məcəlləsinə düəzlişləri ikinci oxunuşdan qəbul edib.

Düzəlişlər seçkilərin yalnız şəxsiyyət kartları əsasında keçirilməsini, seçicilərin on barmağının onunun da izlərini yoxlayan xüsusi maşının alınmasını, habelə seçki günündə bütün seçki məntəqələrindən canlı yayımın təmin edilməsini nəzərdə tutur. 104 deputat düzəlişlərin leyhinə səs verib.

Hakimiyyət, müxalifət və vətəndaş cəmiyyəti nümayəndələrinin 4+4+4 formatında apardığı danışıqların yekunu olaraq iyunun 16-da birgə bəyanat imzalanmışdı.

Bəyanatda Seçki məcəlləsində seçki prosesinin qanuniliyi üzərində nəzarətin təşkilinə yönəlmiş texniki mexanizmlərin müəyyən edilməsinə dair qarşılıqlı razılıq əks olunub. Hakimiyyət müxalifət və vətəndaş cəmiyyətinin beş tələbindən dördü ilə bağlı həll yolu tapmağa və müvafiq dəyişiklikləri Seçki Məcəlləsinə daxil etməyə hazır olduğunu bildirmişdi.

Dəyişikliklərin bu gün parlamentə qəbul edilməsinə baxmayaraq onlar 2017-ci ilin parlament seçkilərində həyata keçirilməyə bilər. Belə ki, hökumət sentyabr ayının 1-nə qədər beynəlxalq donorlardan bu dəyişikliklərin reallaşdırılması üçün zəruri olan 16 milyon dollar almalıdır. Əgər o bunu edə bilməsə dəyişiklikləri reallaşdıra bilməyəcək.

Buna da bax: Yanan binanın sakinləri məhkəmədən narazıdırlar

Yanan binanın sakinləri məhkəmədən narazıdırlar
Gözlə

No media source currently available

0:00 0:02:02 0:00

XS
SM
MD
LG