Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:28

Ermənistan MTN-i təhlükəli dəstə tutduğunu deyir


Həbs edilənlərdən biri

Həbs edilənlərdən biri

-

Ermənistann Milli Təhlükəsizlik Xidmətinin rəhbəri general-polkovnik Qorik Akopyan deyib ki, noyabrın 25-də keçirilmiş xüsusi əməliyyat “Ermənistan üçün dəhşətli təhlükənin” qarşısını alıb.

Onun sözlərinə görə, əməliyyat zamanı zərərsizləşdirilmiş qrupun mümkün əməlləri nəticəsində çoxlu insan tələfat ola bilərdi.

Noyabrın 25-də 10 nəfərdən ibarət dəstənin zərərsizləşdirilməsi barədə xəbər yayılıb.

Onlardan 4-nün qadın, 3-nün isə Qarabağ müharibəsi iştirakçısı olduğu deyilir.

Milli Təhlükəsizlik Xidmətinin yaydığı məlumata görə, dəstənin qaldığı evdən müxtəlif növ silahlar, o cümlədən tüfənglər, tapançalar, partlayıcı maddələr, hətta qumbaraatanlar, rabitə vasitələri, hərbi geyimlər, zirehli geyimlər aşkar edilərək götürülüb.

Xəbərdə o da iddia edilir ki, 2015-ci ildə Ermənistan vətəndaşı, xaricdə yaşayan Artur Vardanyan Ermənistana gələrək cinayətkar qrup yaradıb və ona başçılıq edib:

"Qrup üzvləri qanunsuz olaraq əldə etdikləri silah-sursatı Yerevanda kirələdikləri evə yığırmışlar".

Amma istintaq qrupun konkret planları haqda heç bir məlumat açıqlamır.

Akopyan əməliyyatın əslində müxalifəti qorxutmaq üçün səhnələşdirildiyi barədə iddiaları da qətiyyətlə rədd edir.

“MTX siyasi qurum deyil... İctimaiyyət qəribə şərhlər verməkdənsə xüsusi əməliyyat həyata keçirənlərə təşəkkür etməlidir”, - deyə o bildirib.

Vəkil Nikolay Baqdasaryan deyib ki, əməliyyatn videosunun İnternetdə yayılması təqsirsizlik prezumpsiyasının pozulmasıdır.

İstintaq sirri yalnız müstəntiqin icazəsi ilə yayıla bilərdi.

O həmçinin deyib ki, əməliyyatın videosunu istintaq orqanlarının icazəsi olmadan yayanlar məsuliyyətə cəlb edilməlidirlər.

Buna da bax: Həbs edilən Can Dündara dəstək aksiyası keçirildi

Günün bütün mövzuları

XS
SM
MD
LG