Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 15:42

Putindən Ermənistanla Azərbaycana silah tələsi


Vladimir Putin və Serzh Sarkisian, 24 aprel 2015
Vladimir Putin və Serzh Sarkisian, 24 aprel 2015

-

"Rusiya Ermənistana böyük həcmdə silah ayırmayacaq, silah veriləcəksə, bu, simvolik xarakterli olacaq və Azərbaycana daha çox silah satışını stimullaşdırmaq məqsədi daşıyacaq"

Sentyabrın 7-də Ermənistan prezidenti Serzh Sarkisianın Moskvada rusiyalı həmkarı Vladimir Putinlə görüşü gözlənilir.

Onu xarici işlər naziri Edward Nalbandian, iqtisadiyyat naziri Karen Cshmaritian və maliyyə naziri Gagik Khacatrian müşayiət edirlər.

Azərbaycanlı politoloq Zərdüşt Əlizadə deyir ki, bu səfərin xüsusi əhəmiyyəti yoxdur, növbəti səfərlərdən biridir: “Ermənistan siyasəti Qarabağ qəfəsinin içərisindədir, bu siyasətin dəyişməsi və Ermənistanın manevr imkanları sıfra bərabərdir”.

Kirokosyan: "Səfərin iki məqsədi var"

Yerevanda yerləşən Regional Araşdırmalar Mərkəzinin sədri Robert Kirokosyan AzadlıqRadiosuna səfəri belə şərh edir:

Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə

“Serzh Sarkisian-ın bu dəfəki Moskva səfərinin iki məqsədi var: Birincisi, Rusiyaya sanksiyaların tətbiq olunduğu bir dövrdə Ermənistandakı iqtisadi durumun pisləşməsidir. Ermənistan Rusiyadan 1-2 milyon dollar iqtisadi yardım paketi istəyəcək.

Ermənistan siyasəti Qarabağ qəfəsinin içərisindədir, bu siyasətin dəyişməsi və Ermənistanın manevr imkanları sıfra bərabərdir

İkinci səbəb budur ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun (sentyabrın 1-də - red.) Bakıya son səfərinə cavab olaraq balansı tənzimləmək üçün Ermənistanın mövqeyini ortaya qoymaq istəyir”.

Kirokosyan bildirir ki, həm açıq informasiya mənbələrin məlumatı, həm də diplomatik mənbələrlə söhbətləri zamanı gəldiyi qənaət budur ki, prezident Sarkisian Rusiyadan yeni müdafiə silahları almaq niyyətindədir: “Sarkisianın nə qədər silah istədiyi haqda məlumatım yoxdur, amma görünən odur ki, Rusiya Ermənistana böyük həcmdə silah ayırmayacaq, silah veriləcəksə, bu, simvolik xarakterli olacaq və Azərbaycana daha çox silah satışını stimullaşdırmaq məqsədi daşıyacaq”.

Rusiya regionda antiterror koalisiyası qurur?

Açıq Cəmiyyət İnstitutunun maliyyələşdirdiyi ermənicə lragir.am yazır ki, (bu məqaləni Rus dilində inosmi.ru dərd edib) Sarkisian Moskvada başqa bir mühüm məsələni də müzakirə edə bilər:

“Avqustun 26-da Gürcüstanda NATO-nun təlim mərkəzi açıldı, bu isə region üçün tarixi əhəmiyyətlidir. Rusiya cavab tədbiri görmək və bu işə Ermənistanı da qatmaq istəyə bilər. Bu isə ölkə üçün təhlükəlidir”.

NATO-nun Gürcüstandakı təlim mərkəzi
NATO-nun Gürcüstandakı təlim mərkəzi

Daha sonra sayt yazır ki, Türkiyə İslam Dövləti yaraqlılarına qarşı əməliyyatlar aparırır, paralel olaraq Putin də başqa bir antiterror koalisiyası qurmaq istəyə və Ermənistanı, o cümlədən Azərbaycan və Türkiyəni orda görmək istəyə bilər”.

Avqustun 26-da Gürcüstanda NATO-nun təlim mərkəzi açıldı, bu isə region üçün tarixi əhəmiyyətlidir. Rusiya cavab tədbiri görmək və bu işə Ermənistanı da qatmaq istəyə bilər. Bu isə ölkə üçün təhlükəlidir

Zərdüşt Əlizadə və Robert Kirokosyan Ermənistanın antiterror koalisiyasına daxil olmasını real saymırlar, əsas kimi ölkənin münaqişə zonasından uzaq olduğunu deyirlər.

"Yerevan Bakı-Moskva yaxınlaşmasından narahatdır"

"Şərq-Qərb" Araşdırmaları Mərkəzinin rəhbəri Ərəstun Oruclu deyir ki, Ermənistan Azərbaycanın Rusiya ilə yaxınlaşmasından narahatdır:

“İndiyə qədər Rusiyanın regionda yeganə tərəfdaşı Ermənistan idi. Azərbaycanla yaxınlaşma həm Dağlıq Qarabağ münaqişəsi, həm də iqtisadi baxımdan Ermənistan hakimiyyətinin ölkə daxilində onsuz da zəif olan mövqeyini zəiflədə bilər. Odur ki, Sarkisian Rusiya ilə münasibətinin statusundan bir daha əmin olmaq istəyir”.

Rəsmi məlumata görə, Putinlə Sarkisian həm də Azərbaycan və Ermənistan prezidentlərinin bu ay Nyu-Yorkda mümkün görüşünü müzakirə edəcəklər.

Bu görüş BMT Baş Assambleyasının sessiyası çərçivəsində baş tuta bilər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG