Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:41

Ermənistanın Avrasiya ittifaqına üzvlüyündən bəri onun ticarət dövriyyəsi Belarusla 2 faiz, Rusiya ilə 18 faiz, Qazaxıstanla isə 31, 4 faiz azalıb.

Avrasiya İqtisadi İttifaqına qoşulandan bir il sonra Ermənistanın iqtisadiyyat naziri Artsvik Minasyan etiraf edib ki, onun ölkəsi hələlik bu qurumun üstünlüklərindən istifadə edə bilməyib.

Nazir deyib ki, hərə bunun səbəbini bir cür izah edir. Kimi deyir ki, Ermənistan bu ittifaqda üzvlüyə hazır deyildi, kimi də deyir ki, istər Rusiya, istərsə də başqa partnyorlar prosedurları tam başa düşə bilməyiblər.

“Başqa sözlərlə, problemlər həm birtərəfli, həm də ikitərəfli olub” – deyib nazir.

Hökumət müşavirəsindən sonra jurnalistlərin suallarına cavab verən cənab Minasyan deyib ki, bəzi məsələlərin artıq tənzimlənməsinə baxmayaraq, bəzi başqa məsələlərə hələ də aydınlıq gətirilməyib.

Artım əvəzinə azalma

Nazir deyib ki, məsələn, Ermənistanda yük daşımalarının qarşısında olan maneələrdən tutmuş Ermənistan məhsullarını ixrac edən şirkətlərin sığortalanmasınadək bir sıra əhəmiyyətli məsələlər həllini tapmayıb.

Minasyanın sözlərinə görə, bütün bu həllini tapmamaış məsələlər Ermənistanı Avrasiya İttifaqından maksimum fayda götürməyə qoymur.

Ermənistanın Avrasiya ittifaqına üzvlüyündən bəri onun ticarət dövriyyəsi Belarusla 2 faiz, Rusiya ilə 18 faiz, Qazaxıstanla isə 31, 4 faiz azalıb

O əlavə edib ki, Ermənistan həmçinin Avropa İttifaqının GSP + sistemindən istifadə edə bilmir. Bu sistem inkişafda olan ölkələrin məhsulları üçün əlverişli üstün imkanlar yaradır.

Azatutyun yazır ki, Ermənistan ötən il yanvarın 2-dən Avrasiya İqtisadi İttifaqının üzvüdür.

Yerevan ittifaqa daxil olanda 170 milyonluq bazarın faydalı perspektivlərindən, hətta Ermənistanın bu qurumla Avropa İttifaqı arasında körpü ola biləcəyindən söz açırdı.

Lakin indi hətta rəsmi rəqəmlər də bütün bunların baş tutmadığını göstərib.

Ermənistanın Avrasiya ittifaqına üzvlüyündən bəri onun ticarət dövriyyəsi Belarusla 2 faiz, Rusiya ilə 18 faiz, Qazaxıstanla isə 31, 4 faiz azalıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG