Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:05

Ermənistan İranla azad ticarətə can atır


-

Rusiyanın rəhbərlik etdiyi Avrasiya İqtisadi Birliyi Ermənistanın İranla azad ticarət razılaşması yönündə imkanların öyrənilməsi təklifini qəbul edib. Bu barədə Ermənistan rəsmisi açıqlama verib.

Ermənistan və İran uzun illərdir ki, ikitərəfli ticarətdə tarif səddinin aradan qaldırılması və ya zəiflədilməsinin yollarını götür-qoy edirlər. Bu ilin yanvarından Avrasiya İqtisadi Birliyinə üzv olunandan Ermənistana azad ticarətlə bağlı ikitərəfli danışıqlar aparmağa icazə verilmir. Bu cür danışıqlar mütləq Rusiyanın və bloka daxil olan digər üç eks-Sovet ölkələrinin də iştirakı ilə baş verməlidir.

İŞÇİ QRUP YARADILACAQ

“Təxmminən 3 ay əvvəl biz Avrasiya İqtisadi Birliyi Komissiyası və bütün üvz ölkələrə rəsmi müraciət etdik ki, Avrasiya İqtisadi Birliyi və İran arasında daha liberal iqtisadi rejimin yaradılması istiqamətində prosesə başlansın”.
Bunu jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Shavarsh Kocharian deyib. O, bu təklifi İranın nüvə razılaşması müqabilində ABŞ və digər güc dövlətlərin Tehrana qarşı beynəlxalq sanksiyaları tədricən ləğvi ilə əlaqələndirib.

Kocharian onu da deyib ki, Avrasiya İqtisadi Birliyi İslam Respublikası ilə azad ticarətin iqtisadi mənfəəti və risklərini ölçüb-biçmək üçün işçi qrup yaratmaq razılığına gəlib. “İran bu məsələyə həmişə maraq göstərib” – deyə nazir müavini qeyd edib.

YEREVAN ONA GÖRƏ TƏŞƏBBÜS GÖSTƏRİR Kİ...

Yerevanın təşəbbüsü birmənalı olaraq böyük İran bazarına erməni istehsalçılarının çıxışını asanlaşdırmaq istəyi ilə bağlıdır. Çünki burada söhbət həm də çox yüksək idxal rüsumlarından gedir.

Rəsmi statistikaya görə, Ermənistanla İran arasında ticarət dövriyyəsi ötən il 291 milyon dollar təşkil edib. İran mallarının Ermənistana idxalı 70 faiz təşkil edir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG