Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:11

Rusiyadan Ermənistana gələsi silah ləngiyir


►"Rusiya hələ bu silahın verilib-verilməyəcəyi barədə qərar qəbul etməyib"

Ermənistanın Rusiyadan kreditlə 200 milyon dollarlıq silah almasına dair müqavilənin imzalanmasından az qala bir il keçsə də, bu silahın əldə edilməsi məsələsinə hələ də aydınlıq gətirilməyib.

MDB ölkələri müdafiə nazirlərinin Moskvada keçirilən toplantısı çərçivəsində Ermənistanın müdafiə naziri Seyran Ohanyan rusiyalı həmkarı Sergey Şoyqu ilə görüşüb. Rəsmi məlumatda tərəflərin hərbi-texniki əməkdaşlığın genişləndirilməsi barədə müzakirə apardığı bildirilsə də, silahların çatdırılması barədə heç nə deyilmir.

Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovannisyan Azadlıq Radiosuna bildirib ki, proses hələ davam edir. O, silahın artıq Ermənistana verilib-verilməməsi ilə bağlı sualı cavablandırmaqdan boyun qaçırıb.

Ermənistan parlamenti sözügedən kredit müqaviləsini ötən il iyulun 2-də təsdiq edib. O zaman müdafiə nazirinin müavini Ara Nazaryan bildirmişdi ki, artıq ratifikasiyadan sonra bu kreditlərdən istifadə etmək mümkün olacaq.

Ermənistan strateji və milli araşdırmalar mərkəzinin rəhbəri Manvel Sarqsyan deyib ki, silah barədə heç bir xəbər yoxdur, çünki Rusiya hələ bu silahın verilib-verilməyəcəyi barərə qərar qəbul etməyib. "Rusiya daim Ermənistandan istifadə edərək özünün Azərbaycan və başqa ölkələrlə münasibətlərini nizamlamağa çalışır," deyə o qeyd edib.

Sarqsyan deyib ki, Rusiya-Türkiyə münasibətlərinin gərginləşdiyi indiki məqamda Rusiya türkdilli ölkələr, o cümlədən Azərbaycanı öz yanında saxlamağa çalışır.

Manvel Sarqsyan hesab edir ki, yaranmış mürəkkəb vəziyyətdə Rusiya və Ermənistan öz münasibətlərinin formatına yenidən baxmalıdır. Belə ki, xarici problemlər ucbatından Rusiya Ermənistana silah da ixrac edə bilmir.

Qafqaz İnstitutunun direktoru Aleksandr İskandaryansa əks fikirdədir. O əmindir ki, silah artıq Ermənistana çatdırılmaqdadır.

İskandaryan hesab edir ki, silahın çatdırılması bürokratik səbəblərdən gecikib. O həmçinin əmindir ki, alınmış silah 200 milyon dollardan da bahadır.

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda (17 iyun)

Azərbaycanda tabu mövzular
“Sayt yaratmışam deyə ata-anama təzyiq edirlər”
Günün əsas hadisələri Azadlıq Radiosunda (17 iyun)
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00
Direct-ə keçid

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında (17 iyun)

Yarış başladı, qazananlar və itirənlər

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG