Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:57

Radikal Ermənistan müxalifəti mitinqə çıxıb


Yerevanda etiraz aksiyası
Yerevanda etiraz aksiyası

►"Məqsəd, bir daha ölkədə xalq üçün dözülməz vəziyyət yarandığını göstərməkdir"

Yerevanda radikal müxalifət martın 18-də etiraz aksiyası keçirib.

Aksiyanı “Yeni Ermənistan” hərəkatı təşkil edib.

Müxalifətçilər çıxışlarında hakimiyyətin siyasətini kəskin tənqid edib.

Onlar hakimiyyəti və bu yaxınlarda təqdim edilmiş yeni seçki kodeksini qanunsuz hesab edir.

“İrs” partiyasının sədri Armen Martirosyan hökumətin təqdim etdiyi layihənin saxtakarlıq və hakimiyyətin 2017-ci il parlament seçkisində qələbəsinə yol açdığını deyib.

“Yeni Ermənistan” partiyasının nümayəndəsi Andrias Gukasyan isə qeyd edib ki, mitinqdə məqsəd, bir daha ölkədə xalq üçün dözülməz vəziyyət yarandığını göstərməkdir.

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

O deyib ki, ölkədə ədalətli seçki yalnız hakim partiyanın iştirakı olmadan keçirilə bilər.

O həmçinin qeyd edib ki, bu seçki vaxtından əvvəl olmalıdır.

Mitinqdən sonra aksiyaçılar şəhərin mərkəzindəki Bagramyan prospektinə doğru hərəkət ediblər.

Amma Polis onların qarşısını kəsib.

Aksiyaçılar hökumət əleyhinə şüarlar səsləndirib, bütün siyasi məhbusları azad etməyə çağırıblar.

Buna da bax: Pərviz Həşimli: “Müstəqil məhkəmə olsaydı, kimsə günahsız yerə həbsə düşməzdi”

Pərviz Həşimli: “Müstəqil məhkəmə olsaydı, kimsə günahsız yerə həbsə düşməzdi”
Gözlə

No media source currently available

0:00 0:04:08 0:00

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG