Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:10

Ərəblər emal müəssisələri açmağa dəvət edilir


Azərbaycan-BƏƏ busines forum. Baku. 20 oktyabr 2016

Azərbaycan-BƏƏ busines forum. Baku. 20 oktyabr 2016

“Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan-BƏƏ ticarət əlaqələri 24 faiz artıb. Kənd təsərrüfatı, emal, turizm, yük daşımaları, neft-kimya sahələrində əlaqələrin genişləndirilməsi üçün böyük potensial var”.

İqtisadiyyat naziri Şahin Mustafayev Dubay Ticarət və Sənaye Palatasının Azərbaycanda səfərdə olan sədri Məcid Saif Əl Gurairi ilə görüşündə belə deyib. Bu haqda nazirliyin saytı xəbər verir.

Nazir məlumat verib ki, “Made in Azerbaijan” brendinin təşviqi tədbirləri çərçivəsində noyabr ayının sonunda Dubaya mineral sular, meyvə şirələri, ət və süd məhsulları, meyvə-tərəvəz, bal istehsalçılarından ibarət ixrac missiyası təşkil ediləcək. Bundan başqa, qida sektorunda fəaliyyət göstərən Azərbaycan sahibkarları noyabrın sonlarnda Dubayda keçiriləcək sərgidə iştirak edəcəklər.

Ş.Mustafayev xüsusi vurğulayıb ki, BƏƏ investorlarının iştirakı ilə Azərbaycanda yeni emal müəssisələrinin yaradılması üçün potensial genişdir.

“BƏƏ şirkətləri sənaye parklarında yaradılan imkanlardan yararlana bilər. Xəzər Dəniz Limanının tikintisi layihəsi üzrə ilk mərhələnin başa çatması, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafı istiqamətində işlərin davam etdirilməsi bu sahədə əlaqələrin genişləndirilməsinə, BƏƏ yüklərinin Azərbaycan üzərindən daşınmasına geniş imkanlar yaradır", nazir bildirib.

Nazirliyin məlumatında görüşdə iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq imkanlarının müzakirə edildiyi bildirilir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG