Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:47

Bunu Türkiyə prezidenti Recep Tayyip Erdoğan Avropa Parlamentinin Türkiyənin Avropa Birliyinə qəbulu ilə bağlı danışıqları müvəqqəti dondurması ilə bağlı təklifinə cavab olaraq deyib.

Buna da bax: Ərdoğan Avropanı hədələdi: Açarıq ha!- VİDEO

Erdoğan bildirib ki, Türkiyə 3 milyon qaçqın saxlayır və miqrant böhranı səbəbiylə Qərbin Türkiyəyə ehtiyacı var:

"Sərhədə 50 min miqrant yığışanda fəryad edirdiniz. Mənə baxın, bunu da bilin ki, əgər daha irəli getsəniz, sərhədləri də açarıq".

Erdoğan deyib ki, Türkiyəni təhdidlər narahat etmir:

"53 ildir bu ölkəyə qapısını açmayanlar sanksiya tətbiq edir? Əgər tətbiq edirsə nə olub? Batmışıq, yoxsa, çökmüşük? Dim dik dayanmışıq. 14 ildə Türkiyəni hardan haraya gətirdiyimiz göz qabağındadır. Yolumuza bu cür də davam edəcəyik".

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG