Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:37

Obama və Erdoğan Çində təkcə çevrilişdən danışmayacaqlar


Erdoğan və Obama Parisdə görüş zamanı. 01.12.2015

Erdoğan və Obama Parisdə görüş zamanı. 01.12.2015

Türkiyədə iyulun 15-də baş vermiş çevriliş cəhdi çevrilişçilərin qəddarlığı ilə yadda qaldı. 240 insan öldürüldü. Onların içində hakimiyyəti müdafiə edənlər də vardı, təsadüfən küçədə olan dinc sakinlər də.

Woodrow Wilson adına Beynəlxalq Alimlər Mərkəzinin Yaxın Şərq proqramının direktoru Henri J. Barkey "New York Times" qəzetinə yazdığı məqalədə qeyd edir ki, həmin vaxt Türkiyədə, Büyükadada seminar aparırmış. İstanbulda yerləşən bir beyin mərkəzi ilə birlikdə təşkil olunmuş bu tədbir bir neçə ay öncədən planlaşdırılıbmış.

Buna da bax: Türkiyədə çevriliş cəhdi: Hər şey necə başladı?

EHTİMALLAR

Alim yazır ki, Türkiyədə bəzi insanlar bu çevriliş cəhdində onun əli olduğunu düşünüblər.

Çevriliş cəhdinin qarşısı alınandan az sonra Barkey və həmkarları Türkiyənin hökumətyönlü mətbuatının konspirasiya ehtimallarının hədəfinə çevriliblər. Onlara qarşı cürbəcür ittihamlar səsləndirilib: guya çevrilişi onlar təşkil ediblər, Kaliforniyadan Türkiyəyə məhkum olunmuş qatil gətirərək burada pis məqsədlərlə istifadə ediblər və sairə.

Buna da bax: Türkiyədə çevriliş niyə alınmadı: 5 səbəb

...bazar günü prezident Obama türkiyəli həmkarı ilə görüşü zamanı türklərin çevriliş cəhdi ilə bağlı narahatlığını anladığını qeyd etməli, ancaq həm də, nə qədər ki, gec deyil, qətiyyətlə və ictimai şəkildə Amerikaya qarşı hücumlara son qoyulmasını tələb etməlidir.

“Türk xalqı ölkənin konstitusional quruluşunu müdafiə etdi. Ancaq prezident Recep Tayyip Erdoğan çevriliş cəhdinin travmasından dövlət və onun institutlarını dəyişməkdən ötrü faydalandı. Onun məmurlar arasında apardığı təmizləmə yalnız ilk addımdır. Əsas məqsəd isə Konstitusiyanı dəyişdirərək Erdoğana məhdudiyyətsiz hakimiyyəti təmin edəcək prezident sistemini yaratmaqdır”, müəllif vurğulayır.

Buna da bax: Elif Şafak: Hərbi çevrilişlər türklərə yad və yabançı deyil

KONSPİRASİYA NƏZƏRİYYƏLƏRİ

Barkey yazır ki, ABŞ-Türkiyə münasibətləri çevriliş cəhdinin qurbanına çevrilib. On illərlə tarixi olan bu münasibətlər təkcə NATO üzvlüyü ilə məhdudlaşmır. Bu münasibətlər, ətraf mühitdən və elmi tədqiqatdan tutmuş, mədəni və təhsil mübadiləsinə və mühüm biznes əlaqələrinə qədər bir çox sahəni əhatə edir.

Alimin sözlərinə görə, indi bütün bunlar risk altındadır.

Buna da bax: Türkiyədə çevriliş cəhdi Əliyev klanını qorxudub?

"Türkiyə cəmiyyəti uzun zamandan bəri konspirasiya nəzəriyyələrini özünə hopdurub, ancaq get-gedə alovlanan bugünkü antiamerikanizmin tayı-bərabəri yoxdur. Mənə və seminarın digər iştirakçılarına qarşı yönəlmiş ittihamlar Vaşinqtonu günahlandırmaq, ABŞ-ı cənab Güleni ekstradisiya etməyə və bəlkə onu Suriyada kürdləri dəstəkləməyə son qoymağa vadar etmək cəhdidir", Henri J. Barkey yazır.

Qeyd edək ki, Ankara ABŞ-da yaşayan ilahiyyatçı Fethullah Guleni çevriliş cəhdini himayə etməkdə suçlayır, Gülensə bunu inkar edir.

Buna da bax: Türk yazıçısı: Türkiyədə iki şər qüvvə toqquşub

HÖKUMƏTİN QIZIŞDIRMAĞI

Birləşmiş Ştatlar artıq müəllimlərin dərs demək üçün Türkiyəyə göndərildiyi Fulbright təqaüd proqramının dayandırıldığını elan edib.

"Ən narahatedici məqam isə mənə və digər alimlərə qarşı hücumların hökumət tərəfindən qızışdırılmasıdır. Qəzetlər elə detalları dərc etdilər ki, onları yalnız türk təhlükəsizlik qüvvələri bilə bilərdi, məsələn, mənim İstanbula gəlişim və dönüşüm zamanı pasport nəzarətini keçdiyim dəqiq vaxtı. Türk həmkarlarımızdan bəziləri artıq ədalətsiz münasibətə məruz qalmışdılar - işdən qovulmuş, yaxud da istintaqa cəlb olunmuşdular. Konfransın bütün iştirakçılarının Türkiyədəki və regiondakı nüfuzuna ədalətsizcəsinə xələl gətirildi. Sosial mediada təhqir və təhdidlər sel kimi axırdı", alim əlavə edir.

Buna da bax: 'Erdoğan-la Putin bir-birini sevir'

O qeyd edir ki, bundan daha ciddi məsələ, demək olar, tamamilə hökumətin nəzarətində olan türk mətbuatının ABŞ-ı Türkiyənin düşməni kimi xarakterizə etməsidir. “Görünür, hökumət bunun uzunmüddətli nəticələrini anlamır”, o yazır.

Məqalədə deyilir ki, vətəndaşlarının təhlükəsizliyindən narahat olan Birləşmiş Ştatlar artıq müəllimlərin dərs demək üçün Türkiyəyə göndərildiyi Fulbright təqaüd proqramının dayandırıldığını elan edib. Bundan tezliklə vətəndaş cəmiyyəti də ziyan görəcək. Dialoq, səmimi analiz və tənqid imkanları, habelə beynəlxalq əməkdaşlıq etimadı azalacaq, Barkey belə deyir.

Buna da bax: Türkiyə Azərbaycanda özəlləşdirməni gözləyir

O BİRİ ÜZÜNÜ ÇEVİRMƏK

Obama administrasiyası ümid edir ki, sakit diplomatiya və zaman hər şeyi yoluna qoyacaq. "Emosiya kükrəyişlərinə meylli, çətin müttəfiq olan Türkiyə ilə münasibətlərdə Vaşinqtonun hər zamankı variantı bir üzünə şillə vurulanda o biri üzünü çevirməkdir. Ancaq bu, bugünkü ölçülü-biçili isteriya atmosferində işə yaramayacaq", Henri Barkey yazır.

Məqalədə deyilir ki, ötən həftə vitse-prezident Joseph Biden Ankaraya səfəri zamanı Erdoğan və hökumətini yola gətirə bilməyib. "Biden-in ölkəyə gəldiyi gün türk ordusu Suriyaya girdi. İndi də o, orada Amerikanın dəstəklədiyi kürd qüvvələrinə qarşı vuruşur. Antiamerika konspirasiyası davam edir", deyə yazıda qeyd edilir.

Buna da bax: Prezidentlər silahla [FOTOLAR]

Müəllif hesab edir ki, bazar günü prezident Obama türkiyəli həmkarı ilə görüşü zamanı türklərin çevriliş cəhdi ilə bağlı narahatlığını anladığını qeyd etməli, ancaq həm də, nə qədər ki, gec deyil, qətiyyətlə və ictimai şəkildə Amerikaya qarşı hücumlara son qoyulmasını tələb etməlidir.

Qeyd edək ki, Barack Obama-nın sentyabrın 4-5-də Çində keçiriləcək G20 sammiti çərçivəsində türkiyəli həmkarı Erdoğanla görüşü gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG