Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:53

Türkiyə prezidenti Racep Tayyip Erdogan Vaşinqtonu Suriyadakı kürd üsyançılarına böyük məbləğdə silah göndərməkdə günahlandırıb.

O sentyabrın 22-də bildirib ki, Ankaranın dəfələrlə etirazına baxmayaraq ABŞ 3 gün bundan əvvəl, Kobanidəki YPG quruplaşmasına 2 təyyarə silah göndərib.

Bu qrup əsasən kürdlərin birləşdiyi “Demokratik ittifaq partiyası” nın (DYP) hərbi qanadıdır.

Ankara bu qruplaşmanı terrorçu təşkilat hesab edir.

Erdogan BMT-nin Baş assambleyasının Nyu-Yorkda keçirilən sesiyasında çıxış edərkən deyib ki, Vaşinqton Suriyada “İslam Dövləti” qrupuna qarşı mübarizədə YPG qrupundan müttəfiq kimi istifadə etməklə səhvə yol verib.

Ankara bu qrupu PKK yaraqlıları ilə əlbir olmaqda ittiham edir.

Erdoganın sözlərinə görə o, bu yaxınlarda türkiyədə səfərdə olan ABŞ-ın vitse-prezidenti Joe Bidenlə görüşdə YPG qrupuna silah verilməsi barədə məsələ qaldırıb, Biden isə onda belə bir məlumat olmadığını deyib.

Qeyd edək ki, Türkiyə bu yaxınlarda Suriya ərazisinə onlarla tank və yüzlərlə canlı qüvvə yeridib.

Ankara dəfələrlə bildirib ki, məqsəd sərhəd bölgəsini “İslam Dövləti” və YPG qrupunun yaraqlılarından təmizləməkdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG