Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:51

Türkiyə Suriyada təhlükəsizlik zonasını genişləndirir


Recep Tayyip Erdogan
Recep Tayyip Erdogan

Türkiyə Suriyanın şimalında təhlükəsizlik zonasını genişləndirir.

Bu barədə “Bloomberg” agentliyi Türkiyə prezidenti Racep Tayyip Erdogana istinadla xəbər verir.

“Suriyada “Fərad qalxanı” çərçivəsində keçirilən əməliyyatlarda 900 kv kilometr ərazi hazırda terrorçulardan təmizlənib bu rayon cənuba doğru genişləndirilir”.

Erdogan bunu, BMT-nin Nyu-Yorkdakı Baş Assambleyasına yollanmazdan əvvəl keçirdiyi mətbuat konfransında deyib.

O, təhlükəsizlik zonasının 5 min kv kilometrədək genişləndiriləcəyini bildirib.

Erdogan həmçinin qeyd edib ki, Suriyanın müxalifət qüvvələri hazırda “İslam Dövləti” qrupunun nəzarətində olan Al-Bab şəhərinə doğru irəliləyirlər: “Carablus və Al-Rai yaraqlılardan təmizlənib, İndi isə Al-Bab şəhərinə doğru irəliləyirik”, deyə Erdogan vurğulayıb.

Qeyd edək ki, Türkiyə ordusu və onunla müttəfiq olan Suriya üsyançıları avqustun sonunda Suriya ərazisində “İslam Dövləti” qrupuna qarşı “Fərad qalxanı” adlı əməliyyata başlayıblar.

Türkiyə həmçinin bəyan edib ki, məqsəd həm də “İslam Dövləti” qrupu ilə vuruşan digər kürd qruplaşmalarının Tükiyə sərhədinə yaxınlaşmasına imkan verməməkdir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG