Keçid linkləri

2016, 25 Sentyabr, bazar, Bakı vaxtı 11:08

-

Türkiyənin Hindistana işgüzar səfərə getmiş Xarici işlər naziri Mevlut Cavusoglu deyib ki, Fethullah Gülenin Terrorçu Təşkilatı (FETÖ) Hindistana da "sızıb".

"Təəssüf ki, FETÖ birliklər və məktəblər vasitəsilə Hindistana da nüfuz edib," FETÖ-nün bütün dünyaya yayılmış “gizli transmilli cinayətkar şəbəkə" olduğunu vuğulayan Cavusoglu əlavə edib.

Nazir hindistanlı həmkarı Sushma Swaraj-la apardığı danışıqlardan sonra deyib ki, bu məsələni artıq hindistanlı həmkarıyla danışıqlarda qaldırıb.

Buna da bax: Gülen tərəfdarlarının yuxusuz gecələri

“FETÖ-NÜ ƏRAZİLƏRİNDƏN ÇIXARSINLAR”

"FETÖ-nün mövcud olduğu bütün ölkələrdən xahiş edirik ki, onları öz ərazilərindən çıxarsınlar," Cavusoglu bildirib.

Hindistan Xarici əlaqələr nazirliyinin sözçüsü Vikas Swarup nazirin bu sözlərini şərh edərkən Hindistan tərəfin Türkiyənin narahatlığına "həssas" yanaşdığını söyləyib. O əlavə edib ki, ölkəsinin təhlükəsizlik idarələri Ankaranın “qanunsuz fəaliyyətlə məşğul olan FETÖ ilə əlaqəli qurumların bağlanması barədə tələblərinə baxır".

Terrorun istənilən formasının Hindistan və Türkiyəyə təhlükə olduğunu vurğulayan Cavusoglu bildirib ki, "buna görə də bu təhlükə ilə bağlı informasiya mübadiləsi və terrorizmə qarşı çoxtərəfli əməkdaşlıq vacibdir".

Buna da bax-'Hizmet' dövlət orqanlarına belə nüfuz edirmiş

SURİYA MÜNAQİŞƏSİ DƏ TÜRKİYƏYƏ TƏSİRİNİ GÖSTƏRİR

Ötən ay ölkəsindəki çevriliş cəhdindən də danışan Cavusoglu hindistanlı həmkarı xanım Swaraj-a "Türkiyənin demokratik yolla seçilmiş hökumətinə çevik dəstəyə görə" təşəkkür edib.

Türkiyə hökuməti iyulun 15-də baş vermiş çevriliş cəhdinə görə ABŞ-da yaşayan Fethulla Gulen-i ittiham edir, Gülen isə bunu “yalan” adlandırır. Türkiyə ABŞ-dan Gülenin ekstradisiyasını tələb edir.

Türkiyəli nazir Suriyadakı vəziyyətlə bağlı narahatlığını da ifadə edib. O, Suriyadakı münaqişənin dinamikasının Türkiyəyə birbaşa təsir etdiyini vurğulayıb.

Cavusoglu beynəlxalq ictimaiyyəti Suriyada zəruri siyasi keçidi təmin etməkdən ötrü birlikdə çalışmağa çağırıb. "Bu, təkcə münaqişəyə son qoymağa lazım deyil, həm də terrorizmlə effektiv mübarizə aparmaq üçün vacibdir," nazir vurğulayıb.

Buna da bax-Fethullah Gülen, Erdoğan və 'İmamın ordusu'

Günün bütün mövzuları

XS
SM
MD
LG