Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 00:10

-

Türkiyə prezidenti Receb Tayyib Erdoğan aprelin 25-də Azərbaycana gələcək.

Bu haqda Türkiyə prezidentinin özü bilgi verib.

APA-nın xəbərinə görə, səfərin məqsədi BMT Sivilizasiyalararası Alyansının Bakıda keçirilək 7-ci qlobal forumunda iştirak etməkdir.

Martın 15-də Türkiyə prezidenti Azərbaycana gəlməli idi. Ancaq martın 13-də Türkiyənin paytaxtı Ankarada törədilən terrora görə o, səfərini təxirə salıb.

Türkiyə prezidenti buna qədər yenə terror olayı üzündən Azərbaycana gəlişini bir dəfə də təxirə salmışdı. R.T.Erdoğan onda da Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak etmək üçün fevralın 18-də Bakıya gəlməli idi. Lakin fevralın 17-də Türkiyədə baş verən terror üzündən bu səfəri də ertələnmişdi.

Hazırda Azərbaycan prezidenti İlham Əliyev Türkiyədədir. Erdoğan Azərbaycana gələ bilmədiyindən İlham Əliyev Türkiyəyə gedəsi oldu.

Buna da bax: Erdoğan İlham Əliyevi belə qarşıladı - [fotolar]

Günün bütün mövzuları

XS
SM
MD
LG