Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:26

-

Rus telefon xuliqanları (prankerlər) Vovan və Leksus iddia edirlər ki, Ukrayna prezidenti Petro Poroşenkonun və baş nazir Yatsenyukun adından zəng edib Türkiyə lideri Ərdoğanı dolayıblar.

Onlar bu hoqqanın "sübutu kimi" internetə "həmin söhbət"dən parça da yerləşdiriblər.

Amma Türkiyə prezidentinin ofisindən belə bir zəngin olduğunu təkzib ediblər.

Səsi saxta adlandırıblar.

Prankerlər iddia edirlər ki, Ərdoğandan Türkiyənin həqiqətənmi Suriyada yerüstü əməliyyat keçirməyi planlaşdırdığını öyrənmək istəyirlərmiş.

Həm də Poroşenko və Yatsenyukun adından Ərdoğanın vurulmuş rus təyyarəsinə görə Putindən üzr istəməyəcəyinə ümid ifadə ediblər.

Bəzi istifadəçilər hətta İnternetdə yayılmış səs yazısını Ərdoğanın səsi ilə müqayisə etiblər. Bir çoxları bu iki səsin bir-birinə çox bənzədiyini düşünürlər.

Bəziləri isə belə hesab edir ki, əgər bu telefon danışığı həqiqətən də baş tutubsa, onda burada hökmən xüsusi xidmət orqanlarının əli olub.

Türkiyə prezidentinin administrasiyasındakı mənbə "RİA Novosti"nin müxbirinə belə deyib:

"Mən bu zəng barədə heç bir şey eşitməmişəm. Həm də prezidentə elə asanlıqla zəng vurmaq mümkün deyil. Bu məlumatı saxta hesab edirəm, çünki buna bənzər danışıqlar üçün xüsusi rabitə kanallarından və xüsusi prosedurlardan istifadə olunur."

Tizeri (anonsu) prankerlərdən birinin Youtube kanalında paylaşılmış səs yazısının tam versiyasının fevralın 12-də yayılacağı vəd olunub.

___________________________________________________________

Bunlara da bax:

___________________________________________________________

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG