Keçid linkləri

2016, 29 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 00:29

Erdoğanla Rövnəq Abdullayev nədən danışıb?- Həbs məsələsi...


Arxiv fotosu: Türkiyə prezidenti Recep Tayyib Erdogan-la Azərbaycan prezidenti İlham Əliyev sənədlərin imzalanması mərasimində, İzmir, 25 oktyabr 2011

Arxiv fotosu: Türkiyə prezidenti Recep Tayyib Erdogan-la Azərbaycan prezidenti İlham Əliyev sənədlərin imzalanması mərasimində, İzmir, 25 oktyabr 2011

-

Türkiyə Prezidenti Receb Tayyib Erdoğan SOCAR rəhbəri Rövnəq Abdullayevi qəbul edib.

Azərbaycan Dövlət Neft Şirkəti olan SOCAR-dan bildiriblər ki, görüş avqustun 2-də Ankarada keçeirilib.

Xəbərdə deyilir ki, görüş Ankarada keçirilən Beynəlxalq İnvestorlarla Yüksək Səviyyəli İqtisadi Dialoq toplantısından sonra baş tutub.

R.Erdoğanın görüş zamanı Türkiyə və Azərbaycan arasında strateji dostluq və əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini vurğuladığı bildirilir.

Verilən xəbərə görə, Türkiyə Prezidenti həmçinin SOCAR-ın Türkiyədə həyata keçirdiyi layihələrin iki qardaş ölkənin iqtisadi inkişafına mühüm töhfə verdiyini qeyd edib.

Layihələrin icrası üzrə işlərin gedişi ilə maraqlanan Türkiyə prezidentinin SOCAR-ın fəaliyyətinin dəstəkləndiyini bildirdiyi də açıqlanır.

SOCAR-dan bildirildiyinə görə, R.Abdullayev də bütün layihələrin qrafikə uyğun şəkildə davam etdiyini söyləyib. O, Türkiyə prezidentini əmin edib ki, SOCAR həyata keçirdiyi bütün layihələri vaxtında və yüksək keyfiyyətlə başa çatdıracaq.

SOCAR prezidentinin daha sonra Türkiyənin Enerji və Təbii Sərvətlər nazir Berat Albayrakla görüşdüyü bildirilir.

Buna da bax: Nazir deyir ki, Türkiyəyə 100 milyard ziyan dəydi

15 iyul hadisələri…

Həmin görüşdə Türkiyədəki 15 iyul hadisələrindən sonra SOCAR-a bağlı olan PETKİM şirkətində dövlət orqanlarının apardıqları həbslərə də toxunulub.

Şirkətin xəbərinə görə, görüşdə baş verənlərin SOCAR-ın fəaliyyəti ilə heç bir əlaqəsinin olmadığı, yalnız Türkiyədəki dövlət çevrilişinə cəhdən sonra hökumətin ümumi araşdırma tədbirləri çərçivəsində həyata keçirildiyi vurğulanıb.

İyulun 15-dəki dövlət çevrilişinə cəhddən sonra Türkiyədə SOCAR-a bağlı şirkətdə kütləvi işdən çıxarmalar, həbslər baş verib. Türk mediası yazır ki, SOCAR-ın 51 faiz paya sahib olduğu neft-və kimya kompleksi Petkimdə 16 nəfər həbs olunub, 31 nəfəri də polis saxlayıb.

Onlar Türkiyə hökumətinin dövlət çevrilişiə cəhdin arxasında durduğunu iddia etdiyi və hazırda ABŞ-da yaşayan Fetullah Gülenlə əlaqədə günahlandırılırlar.

Həmin şirkətin keçmiş rəhbəri Sadəddin Qorqud da həbs olunanlar arasındadır. Ondan əlavə şirkətin 200 ə qədər işçisinin polis nəzarəti altında olduğu bildirilir.

SOCAR “Petkim Petrokimya Holding”-in baş direktoru Sadəddin Qorqudun tutduğu vəzifədən azad olunduğunu açıqlamışdı.

Açıqlamada qeyd olunurdu ki, onun yerinə SOCAR-ın Yunanıstandakı törəmə “SOCAR Energy Greece” şirkətinin baş direktoru Anar Məmmədov təyin edilib.

Şərhləri göstər

XS
SM
MD
LG