Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:43

Erdoğan çevriliş xəbərini qaynından alıbmış


Prezident Erdoğan çevriliş cəhdindən sonra ilk müsahibəni Reuters-ə verib
Prezident Erdoğan çevriliş cəhdindən sonra ilk müsahibəni Reuters-ə verib

Türkiyə prezidenti hərbi çevrilişdən sonra Reuters-ə verdiyi ilk müsahibədə orduda "təmizləmə" tədbirlərinin davam edəcəyini söyləyib

Reuters agentliyinə müsahibəsində Türkiyə prezidenti Recep Tayyip Erdoğan deyib ki, çevriliş cəhdi barədə ilk xəbəri ona qaynı verib.

Qaynı prezidentə xəbər verib ki, İstanbulda Beylerbeyi sarayı rayonunda “nəsə problemlər baş verir”.

“Əsgərlər küçələri bağlayır, maşınların körpüyə daxil olmasına yol vermirdilər”.

“Mən bu xəbəri alanda, əvvəlcə inana bilmədim” - deyib Erdoğan.

Prezident bunun ardınca çevriliş cəhdinin qarşısını almış insanlara, tərəfdarlarına təşəkkürünü bildirib.

Bir gün hamımız öləcəyik…

Prezident Erdoğan çevriliş cəhdinin qarşısını alarkən həlak olanların ölümündən danışarkən deyib ki, “bir gün hamımız öləcəyik”.

“Bu yol qəzası da ola bilər, ya da yatdığımız yerdə yıxılıb ölə bilərik. Beynə qan sızması da ola bilər. Amma bu, ölməyin çox şərəfli yoludur” – deyib Erdoğan onun hakimiyyətini müdafiə edərkən həyatlarını itirənlər barədə.

Siz deyə bilərsinizmi ki, 11 sentyabr terror hücumlarını ABŞ hökuməti təşkil edib və ya Fransada baş vermiş son hadisələri Hollande administrasiyasının boynuna qoymaq olarmı?

Reuters agentliyinə özünün Ankaradakı sarayında müsahibə verən Erdoğan deyib ki, daha bir hərbi çevriliş cəhdinin qarşısını almaq məqsədilə ordu sıralarında “ciddi təmizləmə” tədbirləri görüləcək.

Prezident etiraf edib ki, ölkənin təhlükəszilik xidmətlərində ciddi qüsurlar mövcuddur.

"Çox aşkardır ki, bizim kəşfiyyat xidmətimizdə ciddi boşluqlar və çatışmazlıqlar var. Bunu gizlətməyin mənası yoxdur. Mən bu barədə milli kəşfiyyatın rəhbərinə fikrimi bildirmişəm” – deyib prezident.

Yeni çevriliş cəhdi mümkündür, amma…

O deyib ki, yeni çevriliş cəhdi mümkündür, lakin bunu etmək asan olmayacaq.

“Biz indi daha ayığıq – deyib Erdoğöan, - Arxayınçılığa yol verə bilmərik”.

Prezident bildirib ki, Türkiyə silahlı qüvvələrinə “yeni qan” vurulmalıdır.

Erdoğan Türkiyədə baş vermiş çevriliş cəhdinin hakimiyyət tərəfindən qurama olduğu barədə iddiları “tərbiyəsizlik” adlandırıb.

“Siz deyə bilərsinizmi ki, 11 sentyabr terror hücumlarını ABŞ hökuməti təşkil edib və ya Fransada baş vermiş son hadisələri Hollande administrasiyasının boynuna qoymaq olarmı?” – deyə sual edib Türkiyə lideri.

O əlavə edib ki, çevriliş cəhdi xalqa, parlamentə və prezidentə qarşı yönəlmişdi.

Erdoğan bunu da vurğulayıb ki, ehtiyac olarsa, üç aylıq fövqəladə vəziyyəti uzatmaqda heç bir problem yoxdur.

Həmçinin baxın: AzadliqRadiosu Youtube Kanalında izləyin:

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG