Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 22:01

Erdoğan deyib ki, Raqqanı fəth etməyə hazırdır. ABŞ-la birlikdə…


Recep Tayyip Erdoğan və Barack Obama Çində keçirilmiş G20 sammitində görüşüblər

Recep Tayyip Erdoğan və Barack Obama Çində keçirilmiş G20 sammitində görüşüblər

Türkiyə prezidenti Recep Tayyip Erdoğan deyib ki, “o və ABŞ” İslam Dövləti adlandırılan təşkilatın Suriyadakı istehkamı, “xilafətin” de facto paytaxtı Raqqanı fəth etməyə hazırdır.

Amma cənab Erdoğan əlavə edib ki, ABŞ prezidenti Barack Obama onunla Çində keçirilən G20 sammitindəki görüşündə ekstremistlərə qarşı birgə hərəkət ideyasından yayınıb.

Erdoğan deyib ki, Türkiyənin belə bir hərəkətlə bağlı “problemi yoxdur”.

Ötən ay Türkiyə Silahlı Qüvvələri Suriya ərazisinə müdaxilə edərək İD-i və eyni zamanda ABŞ tərəfindən dəstəklənən kürd birləşmələrini hədəfləyib.

Türkiyənin dəstəklədiyi Suriya qiyamçıları İŞİD qüvvələrini Carablus şəhərindən vurub çıxarıblar, lakin Türkiyə həm də kürd qüvvələrinin Fərat çayından qərbə hərəkətini dayandırmağa çalışır.

Bundan əvvəl Ankara Türkiyənin Suriya ilə sərhədi boyunca Suriya ərazisindəki zolağı “terrorçulardan” təmizləmək məqsədini elan etmişdi.

“Terrorçu” dedikdə Türkiyə İŞİD-dən başqa, həm də ABŞ tərəfindən dəstəklənən kürd YPG qüvvələrini nəzərdə tutuduğunu bildirirdi.

ABŞ iki müttəfiqinin – Türkiyə və Suriya kürdlərinin toqquşmasını istəmir.

Lakin indi baş nazirin müavini Nurettin Canıklı deyib ki, Türkiyə Silahlı Qüvvələri “Suriyanın dərinliklərinə” doğru hərəkət edə bilər.

Cənab Canıklı həmçinin bildirib ki, Türkiyənin hərbi əməliyyatları başlanandan bəri 110 İD və kürd döyüşçüsü öldürülüb.

Türkiyənin Suriyadakı əməliyyatından ABŞ-la yanaşı Rusiya da narahatlıq ifadə edib.

Obamadan reaksiya yoxdur

Cənab Erdoğan deyib ki, “Obama Raqqa barəsində nəsə müştərək bir şey etmək istəyir. Biz dedik ki, bizim tərəfimizdən bu iş üçün bir problem yoxdur”.

“Mən dedim: Bizim əsgərlərimiz gəlib sizinlə bunu müzakirə edə bilərlər. Ondan sonra zəruri olanı edərik”.

Qərb mediası yazır ki, Obama administrasiyasından bu bəyanatlarla əlaqədar heç bir şərh verilməyib.

Bir sıra təhlilçilər bunu onunla əlaqələndirirlər ki, ABŞ,Türkiyənin İŞİD-ə qarşı passiv olduğu uzun müddətdə Raqqanı kürdlərin də daxil olduğu Suriya Demokaratik Qüvvələri ilə tutmağa hazırlaşırdı.

Bu barədə əsasən YPG kürd birləşmələrinin rəhbərləri bəyanatlar verirdilər.

Təhlilçilərin fikrincə, Erdoğöanın təklifi son vaxtlarda olduğu kimi ABŞ üçün dilemmalar yaratmaqda davam edir.

Digər tərəfdən Qərb təhlilçiləri Türkiyənin Raqqanın İD-dən təmizlənməsinə təkbaşına başlayacağına şübhə edirlər.

Onların fikrincə, Türkiyə ordusu çevriliş cəhdinin ardınca həyata keçirilən repressiyalarda xeyli zəifləyib. Çevrilişdə iştirakda şübhəli bilinən çox sayda zabit həbs edilib və ya vəzifələrindən kənarlaşdırılıb.

Türkiyənin Suriyadakı hərbi texnikasının da kifayət qədər köhnə olduğu deyilir. Bir Qərb təhlilçisi Türkiyə tanklarının “muzey eksponatı” olduğunu deyib.

Raqqa isə kifayıət qədər güclü istehkam olaraq qalır. İD-in “xilafətin” paytaxtı elan etdiyi bu şəhərdə 250-300 min arasında əhalinin olduğu təxmin edilri.

Günün bütün mövzuları

XS
SM
MD
LG