Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:55

Analitiklər: Türkiyə rus qazından imtina edə bilməz


Vladimir Putin və Recep Tayyip Erdogan

Vladimir Putin və Recep Tayyip Erdogan

►Türkiyə Rusiya qazından imtina edə bilməyəcək, çünki qaz ixrac edən istənilən ölkə, Rusiyanın verdiyi qazı kompensasiya edə bilməyəcək.

Bloomberg agentliyinin hesabatında belə deyilir. Məlumatda bildirilir ki, Türkiyə ümumilkikdə enerji daşıyıcılarının ¾-nü xaricdən alır, təkcə qazın isə 57 faizini Rusiya verir.

Qeyd edək ki, Türkiyə prezidenti Racep Tayyep Erdogan bu günlərdə bildirib ki, əgər Rusiya təyyarələri ölkənin hava hüdudlarını pozmaqda davam eləsə, Ankara Rusiyadan qaz alınmasını dayandıracaq.Erdogan deyib ki, Türkiyə Rusiyanın əsas qaz idxalçısıdır və Moskva Türkiyəni itirsə çox şey itirəcək.O qeyd edib ki, Türkiyə bu qazı başqa ölkələrdən də ala bilər.

Buna da bax: Belarusa qarşı sanksiyalar müvəqqəti qaldırıldı

Amma Rambler.ru saytı analitiklərə istinadla yazır ki, Türkiyə bunu edə bilməyəcək.

Çünki Türkiyənin ikinci qaz təhcizatçısı olan İran da Suriya prezidenti Bashar Assad rejiminin tərəfini saxlayır.

İran Türkiyəyə 20, Azərbaycan10, Əlcəzair isə 8faiz qaz ixrac edir.

Agentlik yazır ki, bundan başqa Türkiyənin turizm sahəsi Rusiyadan çox aşlıdır. Belə ki, iqtisadi böhrana görə bu il Rusiyadan Türkiyəyə turist axını kəskin azalıb və ötən illə müqaisədə Rusiyadan bu ölkəyə 1,5 milyon az adam gedib.

Günün bütün mövzuları

XS
SM
MD
LG