Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:10

Saakashvili yeni yaratdığı partiya üçün pul yığır


Mikheil Saakashvili
Mikheil Saakashvili

Keçmiş Odessa qubernatoru Mikheil Saakashvili yeni yaratdığı partiya üçün pul yığır.

Bunun üçün xüsusi sayt yaradılıb və arzu edənlər vəsaiti ora köçürə bilərlər.

Noyabrın 7-də Odessa vilayətinin qubernatorluğundan istefa verən Mikheil Saakashvili “Yeni qüvvələr hərəkatı” adlı siyasi partiya yaratdığını elan edib.

O bildirib ki, məqsədi ölkədə korrupsiyaya qarşı mübarizə aparmaq və Ukraynanı güclü dövlətə çevirməkdir.

Saakashvili indiki Ukrayna rəhbərliyini korrupsiyada, prezident Petro Poroshenkonu cinayətkar klanların başında durmaqda günahlandırır.

Qeyd edək ki, Mikheil Saakashvili həm də keçmiş Gürcüstan prezidentidir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG