Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:39

Erdoğan-ın 'təmizləməsi' xaricə də gedib çıxır


R.T.Erdoğan
R.T.Erdoğan

«The Financial Times» qəzeti Türkiyədəki hərbi çevriliş cəhdindən sonra başlanan təmizləmənin ölkə xaricinə çıxması haqda məqalə dərc edib.

«Çevrilişə cəhd edənlər tankları İstanbul və Ankara küçələrinə çıxardıqları gecə 5 min kilometr uzaqlıqda yerləşən Somalidəki Deva xəstəxanasında işləyən türk həkimlər gecə növbəsinə hazırlaşırdılar. Gündə 100 xəstənin müalicə olunduğu bu xəstəxana 5 il əvvəl türklərin yardım qurumları tərəfindən yaradılmışdı».

Qəzet yazır ki, Türkiyədə çevrilişə cəhd olunan gecə Somali hökuməti Türkiyə hökumətinin təzyiqi altında bu xəstəxananı bağlayıb. Adının açıqlanmasını istəməyən həkimlərdən biri heyrətlə «dəhşətə gəldik, bizə burda necə yaxşı iş gördüyümüzü deyirdilər. Bu necə ola bilər?», - deyə sual edir.

Buna da bax - Gülen hərəkatı və Türkiyə dövləti: toqquşmanın səbəbi nədir?

«The Financial Times» yazır ki, bu sualın cavabını Deva xəstəxanasının qurucusu olan «Kimsə yoxdurmu» Dərnəyinin Fethullah Gülen-lə əlaqəsində axtarmaq lazımdır: «Çünki prezident Recep Tayyip Erdoğan təkcə Türkiyədə Gülen camaatı ilə əlaqəsi olduğu iddia edilən təşkilatları təmizləmir. Müxtəlif ölkələrə də Gülen-lə əlaqəsi olan qurumları bağlamaları üçün təzyiqlər göstərir».

Qırğızıstanın keçmiş nazirlərindən biri Edil Baisalov qəzetə Gülen-lə bağlı məktəblərin ölkəsində çox əhəmiyyətli rolu olduğunu bildirib. Onun fikrincə, indi bu məktəblərin bağlanması Rusiyanı sevindirər. Qəzet Azərbaycanda Gülen-lə müsahibə veriləcək telekanalın bağlandığını, Gülen-ə bağlı universitetin rəhbərliyinin dəyişdirildiyini yazır.

Mərkəzi Türkiyədə olan və bağlanmadan əvvəl 100-dən çox ölkədə 200 min könüllünü birləşdirən «Kimsə yoxdurmu» Dərnəyinin beynəlxalq məhkəmələrə üz tutacağı bildirilir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG