Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:56

'Erdoğan vəcdə gələrək deyib'


R.T.Erdoğan və V.Putin
R.T.Erdoğan və V.Putin

«EMOSİYALARA YÖNƏLMİŞ BƏYANAT»

Türkiyə-Azərbaycan-Rusiya üçtərəfli formatı yaradıla bilər.

APA informasiya agentliyinin məlumatına görə, Türkiyə prezidenti Recep Tayyip Erdoğan rusiyalı həmkarı Vladimir Putin-lə görüşdən sonra belə bəyan edib. O, hətta görüşdə bu məsələni müzakirə etdiklərini söyləyib.

Azərbaycanlı politoloq Qabil Hüseynli bu formatı perspektivsiz sayır. O, Erdoğan-ın, sadəcə, Putin-lə görüşdən sonra yaranmış xoş ovqatın təsiri altında vəcdə gələrək, belə bəyanat səsləndirdiyini güman edir: «Demirəm ki, bu bəyanat təsadüfən verilib. Ancaq Erdoğan-ın bəzən belə cuşa gəldiyi anlar olur. O zaman siyasi reallıqları nəzərə almadan birbaşa emosiyalara yönəlmiş bəyanatlar verməyi sevir».

Bununla belə, Q.Hüseynli üçtərəfli formatın formal şəkildə olsa da, yarana biləcəyini istisna etmir. «Amma bunun hərbi-siyasi ittifaqa çevrilməsi perspektivini görmürəm. Səbəb də odur ki, Rusiya Azərbaycanın ərazi bütövlüyü məsələsində birmənalı mövqe tutmur. Onun düşməni olan Ermənistanı açıqca müdafiə edir. Mən Türkiyənin özünün də Rusiya ilə dərin işbirliyinə, xüsusən hərbi-siyasi ittifaqa gedəcəyini düşünmürəm. Bu, Türkiyə üçün ağır problemlər yarada bilər», – Hüseynli söyləyir.

Buna da bax - Gizli diplomatiya türk-rus böhranını belə bitirdi

«FORMAT MÜMKÜNDÜR, AMMA XEYRİ NƏDİR?»

«Belə bir format mümkündür». Başqa bir politoloq Rüstəm Seyidov bildirir. Ancaq onun fikrincə, bunun Azərbaycana xeyri olmayacaq.

«Azərbaycanın ən vacib problemi Dağlıq Qarabağ münaqişəsidir. Qarabağ problemində nə ruslar, nə də türklər Azərbaycana dəstək duracaqlar. Rusiya ona görə dəstək olmayacaq ki, özünün yaratdığı problemdir. Türkiyəyə gəlincə, Erdoğan çox praqmatik siyasətçidir. O nəzərə alır ki, kütlə arasında Qarabağ məsələsinə diqqət var və bunu çıxışlarında diqqətə almalıdır. Amma praktik baxımdan, o, Qarabağ probleminə laqeyddir. Ona görə də bu formatdan fayda gözləmirəm. Əsasən də Azərbaycan hakimiyyəti özü bu problemin həllinə hazır deyil və münaqişənin bu halda qalmasında maraqlıdır. Gülünc bir referendum ərəfəsində demək olarmı ki, Azərbaycan hakimiyyəti hansısa problemləri həll etmək istəyir?».

Rusiya – Türkiyə münasibətlərində 8 aylıq böhrandan sonra yenidən yaxınlaşma yaranıb və avqustun 9-da iki ölkənin dövlət başçısı görüşüblər.

Putin Türkiyəyə qarşı sanksiyaların qaldırılacağını deyib

Putin Türkiyəyə qarşı sanksiyaların qaldırılacağını deyib
Gözlə

No media source currently available

0:00 0:00:55 0:00

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG