Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:11

Erdoğan Avropa İnsan Haqları Konvensiyasını dayandırıb


Türkiyənin NATO üzrə müttəfiqləri və bütövlükdə Qərb bu xəbəri narahatlıqla qarşılayıb

Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş bəyan edib ki, Ankara ölkədə elan edilmiş fövqəladə vəziyyətlə əlaqədar Türkiyədə Avropa İnsan Haqları Konvensiyasının (AİHK) fəaliyyətini müvəqqəti olaraq dayandırıb.

Baş nazirin müavini əlavə edib ki, insan haqları konvensiyasının dayandırılması Türkiyədə təməl hüquqlara və azadlıqlara təsir etməyəcək.

Kurtulmuş deyib ki, Fransa da fövqəladə vəziyyət elan edərkən AİHK-in 15-ci maddəsinə uyğun olaraq Konvensiyanın fəaliyyətini dayandırmışdı.

Erdoğanın çevrilişi

AİHK-in 15-ci maddəsinə görə iştirakçı ölkə “xalqın varlığına təhlükə yarandığı hallarda” həyata keçirilməsi zəruri olan tədbirləri görərkən Konvensiya xaricində hərəkət edə bilər, bir şərtlə ki, bu tədbirlər ölkənin başqa beynəlxalq öhdəlikləri ilə ziddiyyət təşkil etməsin.

Lakin Türkiyənin NATO üzrə müttəfiqləri və bütövlükdə Qərb bu xəbəri narahatlıqla qarşılayıb.

Türkiyə hökumətini tənqid edənlər bildirirlər ki, prezident Recep Tayyip Erdoğan Konvensiyanın ləğvindən öz siyasi opponentlərinə və ənənəvi siyasi partiyalara divan tutmaq üçün istifadə edə bilər.

Türkiyədə hərbçilərə qarşı repressiyalar davam edir
Türkiyədə hərbçilərə qarşı repressiyalar davam edir

Bundan başqa fövqəladə vəziyyət Erdoğana və onun kabinetinə parlamentdən yan keçən qanunlar qəbul etmək imkanı verir.

Qərb mətbuatı Türkiyə hökumətinin son tədbirlərini “Erdoğanın çevrilişi” adlandırır.

AzadlıqRadiosu yazır ki, Erdoğan hökuməti baş tutmamış dövlət çevrilişinə reaksiya olaraq artıq indiyədək 60 min polisi, hakimi, dövlət qulluqçusunu və müəllimi vəzifələrindən azad etdirib.

Buna baxmayaraq, Erdoğanın repressiv tədbirlərə yaxın vaxtlarda son qoyacağı gözlənilmir.

“Biz hələ bu işin axırına çıxmamışıq” – deyib Türkiyə prezidenti iyulun 21-də Əl-Cəzirə telekanalına müsahibəsində.

Türkiyə təhsilinə ağır zərbə vurulub

Təhlilçilər deyirlər ki, Türkiyədə davam edən repressiyaların ən güclü zərbəsi təhsil sisteminə dəyib.

Təhsil Nazirliyinin “qara siyahısında” 15 min 200 təhsil işçisinin adları var.

Hökumət ölkə boyunca əksəriyyəti özəl olan 600 təhsil ocağının bağlanması prosesinə başlayıb.

Özəl təhsil müəssisələrində çalışan 21 min müəllimin lisenziyası əllərindən alınıb.

15 min universitet dekanı istefaya məcbur edilib.

Əndazə

Minlərlə insan müsəlman vaizi Fethullah Gülenin davamçısı olmaqda ittiham edilir.

Keçmişlərdə Erdoğanın “can bir qəlb” müttəfiqi olmuş 75 yaşlı Gülenin özü isə hərbi çevriliş cəhdi ilə hər hansı əlaqəsini inkar edir.

Qərb çevriliş cəhdi sonrası Türkiyədə keçirilən repressiv tədbirlərlə bağlı ilk kəskin reaksiyalarını verib.

Almaniyanın xarici işlər naziri Frank-Walter Steinmeier Ankaranı çevriliş cəhdinə reaksiyasında əndazəni gözləməyə və qanunun aliliyinə riayət etməyə çağırıb.

Hollandiyanın xarici işlər naziri Bert Koenders də Türkiyədə baş verənlərlə əlaqədar “ciddi narahatlıq” ifadə edib.

Yalnız Rusiya Türkiyədə baş verənləri bu ölkənin daxili işi adlandırıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG